Yuxarı

Zaxarovadan ermənilərə şok cavab: Təbrik niyə yoxdur?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaxarovadan ermənilərə şok cavab:

Prezident Vladimir Putinin Ermənistanda keçirilən seçkidə qələbə qazanan Nikol Paşinyanı hələ də təbrik etməməsinin səbəblərinə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova unikal formada aydınlıq gətirib.

Axar.az xəbər verir ki, Zaxarova erməni mediasının bu yöndə sualına cavab olaraq deyib:

“Mənə elə gəlir ki, bu, sənə dəfələrlə etiraf etməyini bilə-bilə kişidən onu sevib-sevmədiyini soruşmağa bənzəyir”.

"Tert.am" saytının əməkdaşının “Əvvəlki seçkilərdə Rusiya rəhbərliyi tərəfindən təbrik oldu, indi də təbrik olacaqmı” sualına Zaxarova deyib:

“Mən artıq bu suala cavab verdim”.

Qeyd edək ki, N.Paşinyanı V.Putinlə bərabər KTMT müttəfiqlərinin heç biri təbrik etməyib.

Maraqlıdır ki, N.Paşinyanın artıq Qərbdən təbriklər aldığı haqda məlumat yayılıb. Dəqiq siyahının maraqlı olacağını nəzərə alıb, indiyə qədər Paşinyanı təbrik edənləri təqdim edirik: Almaniya kansleri, AB-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Mayn Kosyaniç, AB-nin genişlənmə üzrə komissarı Yohannes Xan, AB ali nümayəndəsi Federika Moqerini, ABŞ Dövlət Departamenti, Gürcüstan prezidenti və Livan baş naziri.

Tarix
2018.12.14 / 09:19
Müəllif
Axar.az
Digər xəbərlər

Vurulan gəmi Mənsimovundur – Təcili

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla