Yuxarı

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə etdi

İsveç millisinin və İtaliyanın “Milan” klubunun sabiq futbolçusu Zlatan İbrahimoviç 45 yaşını özünəməxsus şəkildə qeyd edib.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, veteran hücumçu özünə “Ferrari”nin ən ekstremal modellərindən biri olan yeni F80 hədiyyə edib.

Hazırda “Milan”da müşavir vəzifəsində çalışan İbrahimoviçin qarajında artıq “Ferrari”nin ən bahalı və eksklüziv modellərindən bir neçəsi yer alır.

İbrahimoviç yeni avtomobilini əldə etmək üçün təxminən bir il gözləyib. O, ötən ilin oktyabrında növbəti avtomobilinin “Ferrari” F80 olacağını açıqlamışdı. “Ferrari” isə modeli futbolçunun 45-ci doğum günündə təhvil verib.

F80 iki yerlik, plug-in hibrid superkarıdır və ümumilikdə 1 200 at gücü hasil edir. Avtomobil “Ferrari” tarixinin ən sürətli modellərindən biridir. F80 saatda 100 kilometr sürəti cəmi 2,75 saniyəyə yığır. Maksimal sürəti isə 350 km/saat təşkil edir. Qiyməti 400 min avrodur.

Qeyd edək ki, İbrahimoviçin “Ferrari” kolleksiyasında artıq “Daytona SP3”, “812 Competizione”, SF90 XX, “SF90 Spider”, “Purosangue” və “Monza SP2” kimi nadir modellər var.

Tarix
2026.10.05 / 16:15
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla