Yuxarı

Jurnalistlərin Müdafiə Komitəsi KİV-dəki qətllərdən yazdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jurnalistlərin Müdafiə Komitəsi KİV-dəki qətllərdən yazdı

Beynəlxalq Jurnalistlərin Müdafiə Komitəsi mətbuatda KİV əməkdaşlarının üstü açılmamış qətlləri haqqında məruzə ilə çıxış edib.

Axar.az RİA Novosti-yə istinadla xəbər verir ki, məruzənin dərci noyabrın 2-də qeyd olunan və BMT-nin ilk dəfə rəsmən elan etdiyi Beynəlxalq "Jurnalistlərə qarşı cinayətlərin cəzasız qalmasına son" günü ərəfəsinə təsadüf edir.

"Jurnalistlərin qətlə yetirilməsinə beynəlxalq diqqətin artmasına baxmayaraq, hökumətlər düşünülmüş qətllərin, eləcə də, canilərin cəzasız qalmasının qarşısını almaq üçün əhəmiyyətli addımlar atmağa qabil deyillər", - deyə beynəlxalq təəşkilatın press-relizində bildirilir.

Məruzədə qeyd edilir ki, son on ildə 370 jurnalist bilavasitə öz peşələri ilə əlaqədar olaylarda qətlə yetirilib. Onların əksəriyyəti korrupsiya, cinayətkarlıq, insan haqları, siyasət və müharibə kimi mövzuları işıqlandıran yerli jurnalistlər olub. Baş vermiş cinayətlərin 90 %-i cəzalandırılmamış qalır: indiyədək müqəssirlərdən heç birinə ittiham hökmü çıxarılmayıb.

Bununla əlaqədar Jurnalistlərin Müdafiə Komitəsi milli hökumətləri və siyasi liderləri jurnalistlərə qarşı hər cür zorakılıq hallarını pisləməyə çağırıb, BMT-yə və hökumətlərarası regional orqanlara üzv dövlətlərin cəzasızlığa qarşı mübarizə sahəsində üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikdə məsuliyyətə cəlb edilməsi üçün konkret addımlar atmağı təklif edib.

Komitə həmçinin monitorinq aparmaq və bu öhdəliklərin yerinə yetirilməsi gedişi haqqında məruzə etmək çağırışı ilə yerli və beynəlxalq jurnalistlərə müraciət edib.

Tarix
2014.10.29 / 08:30
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla