Yuxarı

Gürcüstanda bu torpaqlar əcnəbilərdən alına bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda xarici ölkə vətəndaşlarına məxsus, lakin istifadə olunmayan kənd təsərrüfatına yararlı torpaqlar onlardan müsadirə oluna bilər.

Report-un verdiyi xəbərə görə, bu barədə Gürcüstan parlamentinin Kənd təsərrüfatı komitəsinin sədri Otar Danelia bildirib.

Onun sözlərinə görə, əcnəbilər onların mülkiyyətində olan kənd təsərrüfatı torpaqlarını mütləq əkib-becərməli olacaqlar: “Xarici vətəndaşların Gürcüstanda aqrar torpaq sahələrinə malik olması problem deyil. Problem ondan ibarətdir ki, bu, onların üzərinə heç bir öhdəlik qoymur. Bir çox hallar var ki, əcnəbilər böyük torpaq sahələrinə sahibdirlər, lakin həmin torpaqları əkib-becərmirlər və bununla bağlı onların heç bir öhdəliyi yoxdur”.

O.Danelia deyib ki, Gürcüstan parlamentində bu cür torpaq sahiblərinə qarşı müəyyən sanksiyaların, o cümlədən öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə, torpaqların müsadirə edilməsinin tətbiqi məsələsi müzakirə olunur.

Komitə sədri qeyd edib ki, Gürcüstanın ümumi torpaq fondu böyük deyil və hazırda, təxminən, 45 000-50 000 hektar aqrar torpaq sahələri əcnəbilərin mülkiyyətindədir.

Tarix
2018.12.19 / 20:25
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdakı partlayışda xəsarət alan varmı? - DİN-dən açıqlama

Azərbaycandan Britaniya deputatlarına etiraz...

Onlarla bağlı təşkilatlara dəfələrlə müraciətlər edilsə də...

Putin və Szinpin bu səfərdən imtina etdilər – Müəmma

Ermənistan XİN-dən Azərbaycanla bağlı açıqlama

Türkiyə MN Azərbaycan Ordusunu təbrik etdi

İran-İsrail qarşıdurması bitdi: Əliyev Pezeşkianı təbrik etdi

Ordumuz regional sülhün və təhlükəsizliyin əsas qarantıdır

İlham Əliyevdən 26 iyunla bağlı paylaşım - Foto

Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla