Yuxarı

İngiltərə mətbuatı PKK-nın sonundan yazdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İngiltərə mətbuatı PKK-nın sonundan yazdı

İngiltərənin nüfuzlu "Faynənşl Tayms" ("Financial Times") qəzeti Türkiyədə qarşıdurmaların yenidən qızışacağı təqdirdə PKK-nın yox ola biləcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, bu təhlükəni PKK üçün "xalqla əlaqələr və strategiya fəlakəti" adlandıran qəzet baş verən proseslərin PKK üçün yaxşı nəticələnməyəcəyini deyib:

"Türklər üçün PKK-nın həbsdəki lideri Abdullah Öcalan 30 ildən çox bir müddətdə 40 min adamın ölümünə yol açan bir insan deməkdir. Ancaq son iki ildə Öcalan kürd hərəkatının lideri olaraq qanlı üsyanların dayandırılması üçün hökumətin ən böyük ümidi yerinə çevrilib. Lakin küçə qarşıdurmalarında onlarla adamın ölməsi, PKK ilə qarşıdurmaların yenidən başlaması və cənub-şərqdə əsgərlərin öldürülməsi səbəbilə Ankara ilə Öcalan arasındakı danışıqlar ən həssas və qanlı mərhələsini yaşayır".

Öcalanın kürdlər üzərindəki nüfuzunun hər şey olmadığını qeyd edən qəzet qarşıdurmaların davam edəcəyi təqdirdə təşkilati zəifliyin daha da artacağını bildirib: "Öcalanın kürdlər üzərində böyük nüfuzu var. Hal-hazırda İmralı adası rəsmi müzakirələrə çevrilməyən sülh danışıqlarının mərkəzidir. Ancaq Öcalanın açıqlamaları ilə yaşanan hadisələr arasında sinxron uyğunsuzluq var. Öcalan kürdlərin Allahı deyil. Getdikcə hadisələr daha narahatedici bir şəkildə inkişaf edir. Bu, qarşıdurmaların yenidən başlaması və kürd döyüşçülərin İŞİD ilə mübarizə fonunda Qərbdən yardım alması PKK üçün xalqla əlaqələr və strategiya fəlakəti doğura bilər".

Tarix
2014.11.04 / 01:05
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla