İlham Əliyev Fələstinin baş nazirini qəbul etdi
11:15
| Ana səhifə Planet |
|
2019-cu ilin yanvarında Azərbaycandan Türkiyəyə 46,8 min turist səfər edib.
Trend-in məlumatına görə, bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 2,45 faiz azdır.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatında qeyd olunub ki, ölkəyə gələn xarici turistlər arasında azərbaycanlıların payı 3,05 faiz təşkil edib.
Ümumilikdə ötən ay Türkiyəyə 1,539 milyon turist səfər edib ki, bu da 2018-ci ilin yanvar ayı ilə müqayisədə 5,33 faiz çoxdur.
Həmin müddətdə Türkiyəyə ən çox turist Bolqarıstandan (113,8 min) və Gürcüstandan (112,3 min) gəlib.
|
Tarix
2019.03.06 / 02:18
|
Müəllif
Axar.az
|