Yuxarı

Erməni oliqarx Paşinyanı istefaya göndərə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyanın öz komandasından narazılığı artmağa başlayıb.

Axar.az xəbər verir ki, bu məlumatı “İrates” qəzeti yayıb. Məlumata görə, Paşinyanın komandasından narazılıq səbəblərindən biri də parlamentdə Mənim Addımım Bloku üzvləri arasında yaranan gərginlikdir.

“Bəzi dəyərləndirmələrə əsasən, Paşinyan hökuməti təkcə hər gün itirdiyi reytinq, iqtisadiyyatın çökməsi, investisiyaların yoxluğu ucbatından yox, həm də parlament ucbatından zəifləyir. Parlamentdə ciddi iş sayəsində hər dəqiqə yeni çoxluq formalaşdırmaq mümkündür. Bu iddialar son zamanlar Edmon Marukyan və erməni oliqarx Qagik Çarukyanın yaxınlaşması şayiələrindən sonra daha da güclənib”, - məqalədə bildirilib.

Qeyd edək ki, bundan öncə Ermənistan mətbuatı Mənim Addımım Blokunun deputatları arasında fikir ayrılığının güclənməsi barədə məlumat yayıb. Mətbuat fikir ayrılığının xüsusilə Mülki Müqavilə Partiyasına üzv deputatlarla partiyaya üzv olmayan deputatlar arasında olduğunu bildirib. Narazılığa əsas səbəb partiya üzvü olmayan deputatların blok rəhbərliyi ilə hesablaşmaq istəməməsidir.

Tarix
2019.04.05 / 12:15
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Avropa Birliyi Azərbaycana yeni səfir təyin etdi

Zakir Həsənov Türkiyədə hərbi məktəblərin buraxılış mərasimində

Şuşanın bir hissəsini kəşf etdim - Britaniya səfiri

Azərbaycanla bağlı mənə göstəriş verilib ki... - İran səfiri

Rus əsgərlər bir-birini “güllələyib”, medal aldılar - Rəzalət

İlham Əliyev və xanımı Çində səfərdədir - Video

Məşhur həkimdən şok yazı: Səhiyyəmiz niyə batır?

Azərbaycan üzvlük istəyir: Rusiya mane olacaq?

Azərbaycana nifrət edən səfir uduzdu, geri çağırıldı

Paşinyan “bitdi” dedi, Rusiya isə Zəngəzurdan əl çəkmir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla