Yuxarı

“İŞİD ABŞ-ı öz siyasətindən çəkilməyə məcbur etdi”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ-ın xarici siyasət doktrinasının Rusiya ilə münasibətlərdə uğur qazana bilməməsinin səbəbi Moskvanın ekspansionist siyasəti oldu".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Ərəstun Oruclu söyləyib.

O, Obamanın hakimiyyətə gələrkən etdiyi çıxışda mutipolyar dünya doktrinasına üstünlük verdiyini deyib:

"Bugünkü dünyada reallıqlar var. Obama hakimiyyətə gələndə BMT Baş Assambleyasında Amerika xarici siyasət doktrinası haqqında danışdı və dedi ki, Amerika xarici siyasətdə multipolyar dünya doktrinasını seçir. Yəni bu, çoxqütblü dünya olacaq. Bu dünya müxtəlif güc mərkəzlərinin reallıq olaraq qəbul edilməsidir. Məsələn, Çini, Braziliyanı, Avropa Birliyini necə qəbul etməmək olar? Bu doktrinanın Rusiya ilə münasibətlərdə uğur qazana bilməməsinin səbəbi Moskvanın ekspansionist siyasəti oldu. Kriminal rejimlər dövlətlərin başında oturduğu dövrlərdə cəmiyyətlərdə müxtəlif problemlər toplanmışdı. O, problemlər partladı. Misir məsələsinə nəzər yetirək. Misir inqilabı baş verəndə ABŞ-ın mövqeyi bir həftə ərzində üç dəfə dəyişdi. Bu, əslində, heç bir siyasi gediş-filan deyildi. Çünki o, hər üç dəfə prezidentin dilindən səsləndirilirdi. Deməli, reallıq bu idi ki, Amerika deyildiyi kimi bunu idarə eləmirdi və ya başlatmamışdı. Yaxın Şərqdə baş verən İŞİD problemi və digər məsələlər məcbur elədi ki, Amerika öz siyasətindən müəyyən qədər geri çəkilsin. Diqqət yetirirsinizsə, bu siyasətdə hərbi əməliyyatlar yalnız hava zərbələri ilə yekunlaşdı. Ona görə də bəzi ekspertlərin söylədiyi guya "Böyük Yaxın Şərq" siyasətinin bitməsi və digər şeylər haqqında dəqiq nə isə söyləmək çətindir".

Qeyd edək ki, bir müddət öncə çıxış edən ABŞ Prezidenti Barak Obama bundan sonra Amerikanın xaricdə heç bir müharibə aparmayacağını bildirmişdi.

Xatırladaq ki, bəzi ekspertlər ABŞ-ın bununla özlərinin Yaxın Şərq siyasətində müəyyən taktiki gediş etdiyini düşünürlər. Onlar Vaşinqtonun bu regionda demək olar ki, bütün sistemə nəzarət etdiyinə və artıq savaşılası heç bir şey qalmadığına görə belə bir qərar imzaladığını söyləyirlər. Həmçinin son günlər region dövlətləri arasında münasibətlərin gərginləşməsi ABŞ-ın özünü qabaqcadan siğortalaması kimi qiymətləndirilir. Bəzi rus ekspertlər isə bunu Vaşinqtonun "Böyük Yaxın Şərq" siyasətinin sonu kimi dəyərləndirirlər.

Tarix
2014.12.18 / 20:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov

Almatı görüşü: İrəvan hələ də cavab verməyib - Bakayev

Mirzoyan açıqladı: Türkiyə və Azərbaycanla...

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

Ermənistan sərhəddəki bu kəndi minalardan təmizlədi

Bayramov livanlı həmkarı ilə görüşdü

Sabiq baş nazir və generaldan Başkənd əməliyyatı haqda şok

Rəsmi Bakıdan Fransaya xəbərdarlıq

İkitərəfli sülh danışıqları töhfə verir - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla