Yuxarı

Səfirdən Qarabağ açıqlaması: İrəvan üçün hər şey edəcəyik!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:30

Rusiya davamlı danışıqlar prosesinin qurulması üçün hər zaman gərginliyin artmasına qarşı çıxmışdır. Lakin yekun nəticədə aydındır ki, problemin həlli münaqişə tərəflərinin məsələsidir. Qarabağ münaqişəsinin tənzimlənməsində hər şeyin Rusiyadan asılı olduğunu söyləmək düzgün deyil.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

Münaqişə zonasında son günlər gərginliyin artması məsələsinə münasibət bildirən diplomat Rusiyanın ATƏT-in Minsk Qrupu həmsədrliyi formatında fəaliyyət göstərdiyini, həmçinin tərəflər arasında görüşlərin təşkili üçün ayrıca addımlar atıldığını qeyd edib.

“Rusiyanın roluna balanslı yanaşmaq lazımdır: Moskva aktivdir, ancaq o, tərəflərin rolunu əvəz edə bilməz”, - səfir bildirib.

Çıxışı boyu Rusiyanın həmsədr kimi mövqeyindən danışan və problemin həllinin münaqişə tərəflərinin ixtiyarında olduğunu söyləyən səfirin son sözləri isə heç də əvvəlki fikirləri ilə üst-üstə düşməyib. O deyib:

“Rusiya Ermənistanın strateji müttəfiqidir və onun özünü təhlükəsizlikdə hiss etməsi üçün hər şeyi edəcək”.

Tarix
2019.06.11 / 15:43
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla