Yuxarı

Qafqazda ərazi münaqişəsi: Kadırovdan çağırış

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qafqazda ərazi münaqişəsi: Kadırovdan çağırış

Çeçenistanla Dağıstan arasında inzibati sərhəd məsələsi ilə bağlı təxribatlara əhəmiyyət verilməməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Çeçenistan lideri Ramzan Kadırov deyib.

“Əziz dağıstanlılar, qardaş və bacılar, təxribatlara məhəl qoymayın. Mən dağıstanlıların və inquşların qardaşıyam, həmişə kömək və qardaşlıq əlimi onlara uzadıram. Buna mənim atam, bizim ilk prezidentimiz çağırış edib. Ona görə də deyirəm: İnsan ləyaqətini alçaldan şərhlər yazmayın”, - Kadırov bildirib.

Onun sözlərinə görə, insidentdən sonra Çeçenistanın hüquq-mühafizə orqanları təhlükəsizliyi təmin etmək və gənclər arasındakı münaqişəyə son qoymaq üçün Dağıstanla sərhədə göndərilib.

“Biz hər iki regionun təhlükəsizliyini təmin etdik”, - Kadırov qeyd edib.

Qeyd edək ki, Rusiya hökumətinin qərarına əsasən 2021-ci ilə qədər olan müddətdə sərhədlərlə bağlı məsələlər həll edilməlidir.

İyunun 10-da sosial şəbəkələrdə Dağıstanın Qızılyar bölgəsində yol lövhəsinin üzərində “Çeçenistan Respublikası” yazılması ilə bağlı məlumatlar yayılıb. Bundan sonra bir qrup dağıstanlı gənc əraziyə gedərək yol lövhəsini söküb. Çeçenistan polisinin müdaxiləsi ilə vəziyyət nəzarətə götürülüb.

Tarix
2019.06.12 / 09:58
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlə bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla