Yuxarı

Halal gecə klubu açıldı - İlk dəfə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Halal gecə klubu açıldı - İlk dəfə

Səudiyyə Ərəbistanında “halal gecə klubu” fəaliyyətı başlayıb.

Publika.az xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. Bildirilir ki, Ciddə şəhərində açılan kluba 18 yaşdan aşağı şəxslərin girişi qadağandır. Həmçinin, spirtli içki qəbul etmək və mobil telefonla görüntü çəkmək olmaz.

“Halal gecə klubu” sosial mediada müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Əyləncə Qurumu adlı Tvitter hesabından açıqlama gəlib. Qeyd olunub ki, klub Ciddə Festivalı çərçivəsində icazəsiz şəkildə açılıb. Onun ləğv edilməsi üçün lazımi hüquqi prosedurlar başladılacaq. Qurum bildirib ki, əyləncənin təşkil olunmasına icazə verilib, lakin bu icazə başqa məqsədlərlə istifadə olunub. Sözügedən “halal gecə”nin mərkəzi Dubayda yerləşən “White Dubai” adlı klub tərəfindən təşkil olunduğu deyilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman İctimai Sərmayə Fondunun 24 oktyabr 2017-ci ildə paytaxt Ər-Riyadda təşkil etdiyi və 60 ölkədən 2500 nəfərin qatıldığı Gələcəlk Sərmayə Təşəbbüsləri toplantısında ölkəsinin “Yumşaq islam” siyasətinə keçəcəyini vəd etmişdi. Bu çərçivədə ölkədə kinozallar açılmış, opera və caz festivalları keçirilmiş, qadınlara müəyyən hüquqlar tanınmışdı.

Tarix
2019.06.14 / 16:10
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla