Yuxarı

İrandan İŞİD-ə xəbərdarlıq: Qırmızı xətti keçməyin!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan İŞİD-ə xəbərdarlıq: Qırmızı xətti keçməyin!

İran Müdafiə naziri general-mayor Hüseyn Dehqan İraqda şiələr üçün müqəddəs sayılan məkanların ölkəsi üçün qırmızı xətt olduğunu deyib.


Axar.az xəbər verir ki, nazir İŞİD və ya digər silahlı qruplaşmaların İraqdakı müqəddəs yerlərə hücum edəcəyi təqdirdə İranın hərəkətə keçəcəyi xəbərdarlığını edib.


İranın ərəb dilində yayımlanan "Əl-Aləm" dövlət televiziyasına danışan Dehqan ABŞ, Rusiya və Çindən sonra İranın raket gücünə görə dünyada 4-cü sırada yer aldığını bildirib:

"Baş verə biləcək təhlükəyə qarşı raketlərimizin sayını artırmışıq. Mərmilərin təsir gücünü və radara düşməmək imkanlarını artırmaq üçün işlərə davam edirik".


Suriya və İraqda baş verən hadisələrin əslində İsrailin təhlükəsizliyinə xidmət etdiyini deyən iranlı nazir ölkəsinin həm Suriya, həm də İraqla əməkdaşlıq etdiyini deyib:

"Biz terrordan əziyyət çəkən hər bir ölkə ilə əməkdaşlığa hazırıq. İraq və Suriyada olan iranlıların əsas məqsədi təhsil və məsləhət verməkdir".

Tarix
2014.12.21 / 00:45
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

NATO Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin etdi

İranın Azərbaycana qarşı terrorunu Pakistanın qınaması...

Azərbaycanın İrana cavabı necə olacaq? - Zülfüqarov

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Naxçıvana hücum sübut etdi: İranda qərar verən qalmayıb!

"Kamaz" sərnişin avtobusuna çırpıldı - Anbaan video

Bayramov Moldova XİN başçısı ilə görüşdü

İran Azərbaycanı: Stalin geri çəkilməyə məcbur olmuşdu

SEPAH Bakı-Ceyhana hücum edə bilər? - Risk və təhdid artdı

Bayramova gecəyarısı gələn bu zəng İrana tərs şillə oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla