Yuxarı

Ukraynada seçkilərə azərbaycanlılar da qoşulur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynada seçkilərə azərbaycanlılar da qoşulur

Ukraynada iyulun 21-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək soydaşlarımızın bəzilərinin adları artıq bəllidir.

Azərtac xəbər verir ki, bunlardan bəziləri partiya siyahısı ilə, bəziləri isə majoritar qaydada seçkilərə qatılıb.

Ukraynanın beşinci Prezidenti Petro Poroşenkonun rəhbərlik etdiyi Avropa həmrəyliyi partiyasının təqdim etdiyi ilkin siyahıda Dnepr şəhərindən olan gənc həmyerlimiz Dinarə Həbibullayevanın adı 36-ci yerdədir. Rəy sorğularında Avropa həmrəyliyi partiyasının seçicilərin 10 faiz səsini qazanacağının bildirilməsi D.Həbibullayevanın deputat seçilməsi şansını artırır. Həmyerlimiz Poroşenkonun rəhbərlik etdiyi partiyanın gənclər siyasətinə başçılıq edir.

Seçkilərdə iştirak edəcək digər həmyerlimiz tanınmış cərrah-həkim İsgəndər İsgəndərovdur. Əslən Qazax rayonundan olan həmyerlimiz 35 ildir Ukraynanın Pavloqrad şəhərində yaşayır. 4 saylı Pavloqrad şəhər xəstəxanasında baş həkimin müavini vəzifəsində çalışan İ.İsgəndərov nüfuzlu həkim kimi majoritar qaydada namizədliyini irəli sürüb.

Prezident Vladimir Zelenskinin rəhbəri olduğu Xalqın xidmətçisi partiyasının siyahısında 116-cı yerdə həyat yoldaşı azərbaycanlı olan İrina Allahverdiyevanın da adı var. Bundan başqa, partiyada 170-ci sırada 30 ildən artıq Ukraynada iş adamı kimi tanınan Nəsib Rəhimovun həyat yoldaşı Anastasiya Rəhimovanın adı da yer alıb.

Daha bir həmyerlimiz olan hüquqşünas Rəmzi Rzayev majoritar qaydada Krivoy Roq şəhərindən parlament seçkilərinə namizədliyini irəli sürüb. R.Rzayev Ukraynada həm də diaspor fəalı kimi tanınır.

Namizədlərin qeydiyyat müddəti iyunun 20-də bitdiyi üçün digər soydaşlarımızın da parlament seçkilərində iştirakı mümkündür.

Tarix
2019.06.18 / 19:36
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

Putinin Azərbaycanla bağlı planı məhv oldu - Səfəryan

Macarıstan Qarabağda bu kəndin bərpasına 30 milyon ayırır

Əliyevin Gürcüstan səfəri: Bu əlaqələr genişləndirilir!

Ermənistan əhalini sərhədə köçürür: Bu ərazilər qaytarılacaq

İran 10 bəndlik sülh təklifini təqdim etdi - Nələr var?

Ukrayna rus ordusundan əsir götürdü, Azərbaycana verdi

Prezidentdən Tiflis səfəri ilə bağlı - Videoçarx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla