Yuxarı

BMT-dən Mursi ilə bağlı tələb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT-dən Mursi ilə bağlı tələb

Misirin hakimiyyət orqanları iyunun 17-də məhkəmə prosesi zamanı həyatını itirmiş sabiq Prezident Məhəmməd Mursinin ölümünün müstəqil təhqiqatını aparmalıdır.

Axar.az xəbər verir ki, bu bəyanatla Cenevrədə BMT-nin insan hüquqları üzrə ali komissarı idarəsinin rəsmi nümayəndəsi Rupert Kolvill çıxış edib.

“Aydındır, vətəndaş Mursinin saxlanma şəraiti də daxil, onun ölümü ilə bağlı son dərəcə diqqətlə müstəqil təhqiqat aparmaq lazımdır”, - deyə o, jurnalistlər arasında yayılan yazılı şərhində qeyd edib.

Kolvill vurğulayıb ki, belə təhqiqatı hakimiyyətdən asılı olmayan məhkəmənin, yaxud həbsxanada saxlanmaya cavabdeh olan digər səlahiyyətli orqanların aparması zəruridir. O əlavə edib ki, təhqiqat “sürətli, qərəzsiz və effektli” olmalıdır.

Xatırladaq ki, Məhəmməd Mursi əsas müttəhim kimi keçdiyi casusluq işi üzrə məhkəmə iclasında vəfat edib. Ona söz verilib və bundan sonra fasilə elan olunub. Həmin məqamda sabiq prezident huşunu itirib və özünə gəlmədən keçinib. Misir dövlət televiziyasının yaydığı məlumata əsasən, sabiq dövlət başçısının ölümünə ürək tutması səbəb olub.

“Müsəlman qardaşları” assosiasiyasının lideri Məhəmməd Mursi 2012-ci ildə Misirdə keçirilən prezident seçkilərində qələbə qazandıqdan bir il sonra hərbi çevriliş nəticəsində vəzifədən kənarlaşdırılmış və həbs olunmuşdu. Casusluq, dövlətə xəyanət və etirazçılara hücum maddələri üzrə ittiham olunan Mursi bəzi epizodlara görə ölüm hökmünə və ömürlük həbs cəzasına məhkum edilmişdi.

Məhəmməd Mursi bu gün Qahirə şəhəri yaxınlığındakı qəbiristanlıqda dəfn olunub.

Tarix
2019.06.18 / 20:50
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan əhalini sərhədə köçürür: Bu ərazilər qaytarılacaq

İran 10 bəndlik sülh təklifini təqdim etdi - Nələr var?

Ukrayna rus ordusundan əsir götürdü, Azərbaycana verdi

Prezidentdən Tiflis səfəri ilə bağlı - Videoçarx

Başçı Ülviyyə Əliyevanı işdən çıxartdı

İlham Əliyevin Tiflis səfəri başa çatdı

Bakıda bu evlərin qiyməti kəskin düşəcək

Azərbaycanda dollar ucuzlaşdı

İlham Əliyev İvanaşvili ilə görüşdü

Mehriban Əliyevanın şərəfinə Tiflisdə lanç verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla