Yuxarı

ABŞ İrəvana yardımı artırdı - 40 milyon

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ İrəvana yardımı artırdı - 40 milyon

ABŞ Konqresi Ermənistana ayrılan maliyyə yardımının 40 milyon dollara qədər qaldırılmasını təklif edən düzəlişi təsdiqləyib.

Axar.az xəbər verir ki, bu məlumatı Amerika Erməni Milli Komitəsi (ANKA) yayıb. Məlumata görə, 2020-ci fiskal ilində xarici yardım haqqında qanun layihəsinə düzəlişi konqresmen Ceki Spiyer təklif edib.

Nümayəndələr Palatası həmçinin Qarabağda mina təmizləmə proqramları və reabilitasiya xidmətləri üçün 1,5 milyon dollar həcmində yardım ayrılmasını təklif edən düzəlişi də təsdiqləyib. Bu təklifi Konqresdə Tice Koks irəli sürüb.

Qeyd edək ki, Ermənistana ediləcək yardımın 40 milyon dollara qədər qaldırılmasını məhz Spiyer gündəmə gətirib. Onun bu fikrini erməniyönlü konqresmenlər Frenk Pallone və Adam Şif dəstəkləyib.

Spiyer Konqresin Erməni Məsələləri üzrə Komitəsinin həmsədridir. Həm Spiyer, həm də Koks ANKA ilə çox sıx əlaqələrə sahibdirlər. Bu şəxslər bir müddət əvvəl ABŞ-ın Ermənistana yardımlarının 100 milyona çatdırılmasını təklif edən 35 konqresmen arasında yer almışdılar.

Tarix
2019.06.19 / 13:39
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

Bu Zəfər milli iradənin təntənəsi idi

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla