Naməlum haker Cənubi
Koreyanın 23 nüvə reaktorunun operatoru olan "Korea Hydro and
Nuclear Power" enerji şirkətinin 100 səhifəlik daxili sənədlərini
nəşr etdirəcəyi ilə hədələyir.
Axar.az xəbər verir ki, gizli sənədləri yaymamaq üçün haker
"Qori" AES-in iki blokunun və "Volson" AES-in üçüncü blokunun
işinin yaxın üç ayda dayandırılmasını tələb edir.
"Əgər Yeni ilədək reaktorların söndürülmədiyini görsəm, bütün
informasiyanı faş etmək və ikinci mərhələyə keçməkdən başqa yolum
qalmayacaq", - "Renxap" agentliyi özünü "nüvə reaktorları əleyhinə
çıxış edən qrupun prezidenti" adlandıran hakerin Tvitterdəki
yazısını sitat gətirib.
"Qrup prezidenti" şirkət nümayəndələrinin ələ keçirilən
informasiyaların məxfi olmadığı və atom obyektlərinin
təhlükəsizliyinə xələl gətirmədiyi açıqlamasına da cavab verib. O,
hələ ictimailəşməmiş 100 səhifəyə yaxın məlumat sahibi olduğunu
qeyd edib:
"Bildirirsiniz ki, bunlar məxfi informasiyalar deyil. Baxarıq,
görək, çertyojlar, proqram və sistemlər (reaktorlar) haqqındakı
informasiyalar buna maraqlı olan ölkələrdə faş olsa, siz
məsuliyyəti öz üzərinizə götürəcəksinizmi?"