Yuxarı

Vurulan “Boinqlə” bağlı şok iddia: pilot sağdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vurulan “Boinqlə” bağlı şok iddia: pilot sağdır

Ukraynanın Donetsk bölgəsində vurulan Malayziya Hava Yollarına aid "Boinq" sərnişin təyyarəsi ilə bağlı yeni iddialar yayılıb.

Axar.az xəbər verir ki, "Komsomolskaya Pravda" qəzeti Ukraynaya məxsus Su-25 tipli döyüş təyyarəsinin sərnişin təyyarəsinin vurulduğu gün AAM raketləri ilə havaya qalxdığını, lakin geri dönərkən mərmilərin reaktivdə olmamasını iddia edib.

Qəzetin iddialarına görə, bu sözləri Dnipropetrovsk şəhərinin şərq bölgəsində yerləşən hava bazasında çalışan bir işçi verdiyi gizli ifadədə bildirib:

"17 iyulda 3 Ukrayna döyüş təyyarəsi havaya qalxdı. Onlardan Su-25 tipli olan raketlə silahlanmışdı. Lakin geri dönərkən həmin mərmilər təyyarədə yox idi. Pilot isə elə hey "Təyyarə səhv zamanda səhv yerdə idi" sözlərini təkrarlayırdı".

Su-25 pilotunun "Boinq" sərnişin təyyarəsi ilə döyüş təyyarəsini qarışdırdığı ilə bağlı verilən suala cavab verən işçi ehtimalı təsdiqləyib:

"Ola bilər. Olduqca uzaq məsafədir. Sərnişin təyyarəsini ayırd etməyə bilərdi".

Lakin mütəxəssislərin fikrincə, sərnişin təyyarəsinin yerdən atılmış bir mərmi ilə vurulması daha realdır. Buna baxmayaraq, təyyarənın qalıqlarında dəliyin alt qismindən yuxarıda olması Malayziya təyyarəsinin reaktivlə vurulması ehtimalını gücləndirir.

Xatırladaq ki, Amsterdamdan Kuala Lumpura gedən Malayziya Hava Yollarına aid "Boinq" sərnişin təyyarəsi 17 iyulda Donetsk bölgəsində vurulmuşdu. Təyyarədə olan 298 nəfərin hamısı həyatını itirmişdi.

Tarix
2014.12.23 / 20:01
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Azərbaycan mühüm tərəfdaş olaraq qalır - Kallas

Əli Əsədov Qazaxıstanda səfərdədir

Latviya Prezidenti Azərbaycana gəldi

MM sədri MakKormak ilə sülh prosesini müzakirə etdi

Urmiya gölü haqda sevindirici xəbər

Meloni Azərbaycana bu tarixdə gələcək

Bu, Azərbaycanla münaqişənin başlaması deməkdir...

Bu qətnamələr tamamilə qərəzlidir - Deputat

Ermənistana dizel daşıyan qatar Biləcəridən yola düşdü

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla