Yuxarı

Lənkəranda eyni ərazidə iki qəza: ölü və yaralılar var

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəranda eyni ərazidə iki qəza: ölü və yaralılar var

Lənkəranda eyni ərazidə iki qəza baş verib, ölən və yaralılar var.

Axar.az Report-a istinadən xəbər verir ki, ilk hadisə Ələt-Astara magistralının 213-cü km-də, rayonun Bürcəli kəndi ərazisində baş verib.

Belə ki, rayonun Səpnəkəran kənd sakini 1989-cu il təvəllüdlü Sadir İlyas oğlu Həmzəyev idarə etdiyi avtomobillə Lənkəran şəhəri istiqamətində hərəkətdə olarkən və ötmə əməliyyatını yerinə yetirərkən idarəetməni itirib. Bu zaman avtomobil magistraldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində xəsarət alan sürücü və sərnişin, 1985-ci il təvəllüdlü Nail Sehran oğlu Ağayev Lənkəran Rrayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Buna baxmayaraq, Nail Ağayevin həyatını xilas etmək mümkün olmayıb. Sadir Həmzəyevin müalicəsi xəstəxanada davam etdirilir.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Onu da qeyd edək ki, sözügedən ərazidə daha bir yol qəzası da baş verib. Belə ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil hadisə yerində yolu əks istiqamətə keçmək istəyən piyada, Lənkəranın Yuxarı Nüvədi kənd sakini, 1985-ci il təvəllüdlü Sərraf Eldar oğlu Ağayevi vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Tarix
2026.04.16 / 00:09
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla