Yuxarı

Milyardlıq şəbəkəni alan Zaur Mişiyev kimdir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada ev üçün mallar satışı üzrə ixtisaslaşmış məşhur “Mosxoztorq” mağazalar şəbəkəsinin nəzarət səhm paketi Azərbaycan vətəndaşı Zaur Mişiyevin “Falcon Home Distribution” şirkətinə keçib.

Virtualaz.org xəbər verir ki, Rusiyanın hüquqi şəxslərin qeydiyyatı Reyestrinin məlumatlarına əsasən 2019-cu il iyunun 17-dən etibarən mağazalar şəbəkəsini idarə edən əməliyyat şirkəti “MXT” MMC-nin səhmlərinin 50.5 faizi Bolqarıstanın paytaxtı Sofiyada qeydiyyatdan keçmiş “Falcon Home Distribution” şirkətinin mülkiyyətindədir. Həmin şirkətin sahibi isə Azərbaycan vətəndaşı Zaur Mişiyevdir.

Daha əvvəl isə həmin səhm paketi Veronika Kuryanovanın mülkiyyətində olub. “MXT” MMC şirkətinin qalan səhmləri İlya Polyaçkov (39.5 faiz) və İlya Traber (10 faiz) arasında bölünüb.

Zaur Mişiyevin Bolqarıstanda qeydiyyatdan keçmiş şirkəti döşək ağlarının, tekstilin, mebel və ərzaq mallarının satışı ilə məşğul olur.

“Mosxoztorq” təsərrüfat malları mağazaları şəbəkəsi isə ev, bağ evləri, bağça və məişət üçün əşyaların satışı üzrə ixtisaslaşıb. Şirkətin saytında göstərilir ki, şəbəkəyə Moskvada 36 mağaza daxildir. “Mosxoztorq” Moskvada 2015-ci ildən fəal şəkildə inkişaf etməyə başlayıb, lakin ötən ilin dekabrında əsasən şəhərin mərkəzindəki mağazalarını bağlamağa başlayıb. Bunun səbəbi kimi icarə haqlarının yüksək olması göstərilib.

Hərçənd 2017-ci ildə “MXT” MMC-nin hasilatı 2.25 milyard rubl təşkil edib, 2016-cı ildə isə bu rəqəm 1.28 milyard rubl idi. Beləliklə, şirkətin təmiz gəliri bir ilə az qala iki dəfə artıb.

İnternet mənbələrində mağazalar şəbəkəsinin yeni sahibi Zaur Mişiyev haqda təfərrüatlı məlumata rast gəlinmir. Bir mənbədə təkcə o göstərilir ki, Mişiyev Zaur Gerşumoviç adlı sahibkar “Zinqal Riç” MMC adlı şirkətin sahibi olub, həmin şirkət 2016-cı ildə ləğv edilib.

Tarix
2019.06.27 / 00:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və İran ortaq tarixi keçmişə malikdir - Hacıyev

Hikmət Hacıyev Əli Əkbər Əhmədianla görüşdü

Regionda de-fakto sülh var - Hacıyev

Regionda sülh üçün şərait yaranıb... - Hacıyev

İranla münasibətlər yeni mərhələyə qədəm qoyub - Hacıyev

Hikmət Hacıyev İranda səfərdədir

Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb

Arzu Əliyevadan Naxçıvanla bağlı daha bir paylaşım - Video

Zəngəzur layihəsini 3-4 il ərzində reallaşdıracağıq - Uraloğlu

Kəlbəcərli Ayan ABŞ-da təsirli çıxışı ilə yadda qaldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla