Yuxarı

Gürcü baş nazir: Saakaşvili bunu gözləyirdi və baş verdi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcü baş nazir: Saakaşvili bunu gözləyirdi və baş verdi...

İyunun 20-də Tiflisdə polis əməkdaşlarının qanuni güc tətbiq etməkdən başqa yolu olmayıb.

Report xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Mamuka Baxtadze keçirdiyi xüsusi brifinqdə bildirib. Baş nazir deyib ki, həmin gün bir neçə saat ərzində polis əməkdaşları fiziki zorakılıq və təhqiramiz ifadələrə məruz qalıblar:

“Həmin gecə baş verənlər nə Daxili İşlər Nazirliyi, nə də onun rəhbərinin seçimi oldu. Bu, polis əməkdaşlarının ölkə Konstitusiyası və nizam-intizamı qorumaqla bağlı vəzifə borcu idi”.

M.Baxtadze həmin gün çox ağır mənzərənin şahidi olduğunu qeyd edib:

“Həm vətəndaşlar, həm də polis əməkdaşları xəsarətlər aldılar. Vətəndaşlarımızın xəsarət alması baxımından nəticə ağırdır. İnsan sağlamlığından vacib heç nə yoxdur”.

Hökumət başçısı sabiq Prezident Mixail Saakaşvili və onun tərəfdarlarının Gürcüstanda ictimaiyyətin haqlı etirazından istifadə etdiyini də vurğulayıb.

M.Baxtadze deyib ki, Vahid Milli Hərəkat Partiyasının nümayəndələri və onların lideri Mixail Saakaşvili 7 il Gürcüstanın hazırkı hakimiyyətinin büdrəməsini gözləyirdilər:

“Onlar kiminsə büdrəməsini gözləyirdilər və bəli, təəssüflər olsun ki, biz büdrədik”.

Tarix
2019.06.27 / 21:13
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

Putinin Azərbaycanla bağlı planı məhv oldu - Səfəryan

Macarıstan Qarabağda bu kəndin bərpasına 30 milyon ayırır

Əliyevin Gürcüstan səfəri: Bu əlaqələr genişləndirilir!

Ermənistan əhalini sərhədə köçürür: Bu ərazilər qaytarılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla