Yuxarı

Dubaya gedənlərin nəzərinə: Spirtli içki istəsəniz...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dubaya gedənlərin nəzərinə: Spirtli içki istəsəniz...

Dubayda yerli qanunları pozmadan mağazalardan alkoqol əldə etmək və spirtli içkilərin saxlanması məqsədilə turistlərə 30 gün müddətinə pulsuz lisenziyaların verilməsinə başlanılacaq.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, alkoqol üçün turist lisenziyası Əmirliklərin yaşı 21-dən yuxarı müsəlman olmayan qonaqları üçün əlçatan olacaq.

Alkoqol üçün lisenziyanı almaqdan ötrü müraciətin verilməsi qaydası “Emirates Group”un törəmə şirkəti olan “Maritimeand Mercantile International”ın (MMI) saytında izah edilir. Bundan ötrü turistlər özləri ilə pasportlarını götürərək MMI şəbəkəsinin mağazalarından birinə getməli, alıcının həqiqətən də turist olmasını təsdiqləyən zəruri formanı dolduraraq imzalamalıdırlar. Mağazada yalnız pasportun və ölkəyə daxil olarkən qeydiyyat barədə möhürün surəti tələb olunur.

Bundan başqa, hər bir alıcıya “Turistin davranış kodeksi” adlanan xüsusi kitabça veriləcək ki, burada da spirtli içkilərin qəbulu ilə bağlı əsas məlumatlar toplanıb.

Qeyd edək ki, yeni qaydalar tətbiq olunanadək alkoqolun alışına lisenziyaları rezident vizası əsasında, yaxud da daşıma hüququ olmadan restoran və barlarda əldə etmək mümkün idi.

Tarix
2019.07.11 / 23:14
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla