Yuxarı

Rusiya Çinin vassalına çevrilib - Xruşşovun nəvəsi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Çinin vassalına çevrilib - Xruşşovun nəvəsi

Moskvadakı etirazlar Putinin populyarlığının azalmasının göstəricisidir.

Axar.az xəbər verir ki, bu sözlər SSRİ-nin keçmiş rəhbəri Nikita Xruşşovun nəvəsi Nina Xruşşovanın “Project Syndicate” saytında yayımlanan məqaləsində yer alıb.

“20 il ərzində Rusiya elitasının düşmən fraksiyaları Putini öz maraqlarının, xüsusilə, maliyyə sahəsində əsas zəmanətçisi sayırdılar. Hazırda Rusiya iqtisadiyyatı sanksiyaların yaratdığı durğunluqla yüklənib, ona görə də Putin hakimiyyəti onlar üçün müdafiə vasitəsi yox, daha çox bariyer kimi görünməyə başlayır. İndi daha az rusiyalı 5 il öncə Krımın anneksiyası zamanı tez-tez eşidilən “Putin-Rusiyadır, Rusiya-Putindir” şüarı ilə razılaşır.

Rusiya elitası bilir ki, onların ölkəsi SSRİ kimi ABŞ-la nüvə silahlanması yarışına çox pis hazırlanıb. Bir müddət öncə Arktika sahillərindəki Rusiya poliqonunda nüvə raket mühərrikinin partlaması dərin köklü səriştəsizlik barədə xatırlatma oldu. Putindən fərqli olaraq rusiyalı elitalar həm də ABŞ-dan faktiki olaraq uzaqlaşmanın Rusiyanı Çinin vassal dövlətinə çevirməsindən narahatdırlar”, - deyə o bildirib.

Tarix
2019.08.17 / 15:57
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ankara, Bakı və İrəvan bundan istifadə edəcək – “Startfor”

Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi

Bu, türk xalqları arasında tarixi addım olacaq - Mirziyayev

Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur

Buna görə İlham Əliyevə minnətdarlığımı bildirirəm

"Türk Dünyası Həftəsi"nin açılış mərasimi oldu

Bakı bu gün türk dövlətlərinin məqsədlərinə töhfə verir

İsrailin bu “jesti”ni Nikol vecinə almadı, Bakını isə sarsıtdı...

Rəsmi Bakıdan İsrailə reaksiya: Qəbuledilməzdir!

Bakıya kömək edənlərin “erməni soyqırımı” addımı... - Xaçikyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla