Yuxarı

Martines DÇ-də sınıq barmaqla oynayacaq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Martines DÇ-də sınıq barmaqla oynayacaq

Argentina millisinin qapıçısı Emiliano Martines 2026-cı il dünya çempionatında zədə ilə oynadığını açıqlayıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, “Aston Villa”nın qolkiperi Avropa Liqasının finalında “Frayburq”la oyundan (3:0) əvvəl isinmə hərəkəti zamanı əlinin dördüncü barmağını sındırdığını bildirib.

Martines qeyd edib ki, əməliyyatdan imtina edib:

“Əməliyyat olunmağım lazım olduğunu deyəndə beynimdən çox şey keçdi. Çətin dövr yaşadım. Hələ də adi rejimdə məşq edə bilmirəm. Amma növbəti matçda şinsiz (barmağa taxılan qoruyucu) oynaya biləcəyəm. Bu zədə məni çox narahat edir, lakin meydanda ağrımı büruzə verməməyə çalışıram. Baş məşqçi hər zaman mənə dəstək oldu və bu, məni ruhlandırdı”.

Qeyd edək ki, Argentina millisi dünya çempionatının 1/16 final mərhələsində Kabo-Verde ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 3-dən 4-nə keçən gecə keçiriləcək.

Tarix
2026.06.29 / 13:36
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla