Yuxarı

Ruhani rialdan 4 sıfrı silmək istəyir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ruhani rialdan 4 sıfrı silmək istəyir

İran Prezidenti Həsən Ruhani ölkənin milli valyutası olan rialdan dörd sıfrı siləcək qanun layihəsini parlamentə göndərib.

Axar.az APA-ya istinadən xəbər verir ki, Ruhani bu qanun layihəsini parlamentin təcili olaraq nəzərdən keçirməsini istəyib.

Qeyd edək ki, İran rialının dəyəri ABŞ prezidenti Donald Trampın 2018-ci ildə Tehran və dünya güclərinın daxil olduğu nüvə sazişindən çıxması və İrana yeni sanksiyalar tətbiq etməsindən sonra kəskin şəkildə düşüb.

Bu addım milyardlarla dollarlıq ticarət sövdələşmələrinin dayanmasına səbəb olub və İranın xam neftinin xaricdə satışına əngəllər törədib.

Xatırladaq ki, avqustun 21-də 1 ABŞ dolları 116 500 rial olub. 2015-ci ildə, nüvə anlaşması zamanı isə 1 dolların qiyməti 32,000 rial idi.

Aprel ayında Beynəlxalq Valyuta Fondu (BVF) İran iqtisadiyyatının bu il 6 faiz kiçiləcəyini və ABŞ sanksiyalarının təsirindən ölkədə inflyasiyanın 40 faizə çatacağını bildirib.

Tarix
2019.08.24 / 21:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla