Yuxarı

"Ana dilim unuduldu" deyib, özünü yandırdı - Ölkə şokda

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Udmurtiya Respublikasında professor ana dilinin unudulduğunu bəyan edərək, parlamentin binası qarşısında özünü yandırıb.

Teleqraf.com xəbər verir ki, Albert Razin adlı sosioloq-alim udmurtcanın yaşadılması üçün sona qədər mübarizə aparacağını söyləyib.

Professor parlamentin ana dilinin qorunması istiqamətində heç bir iş görməməsinə etiraz olaraq bir neçə dəfə aksiya keçirib. O, bir neçə dəfə parlamentə məktub yazıb "dilimizin yox olduğu gün özümü yandıracağam" deyə qeyd etsə, təşəbbüsləri nəticəsiz qalıb.

Ötən gün isə əlində Dağıstan şairi Rəsul Həmzətovun şeirindən "Sabah dilim yox olacaqsa, mən bu gün ölməyə hazıram" sitatının yazıldığı plakatla parlamentin binasının önünə gələrək özünə od vurub. Təcili tibbi yardımla xəstəxanaya çatdırılan Albert Razinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə əlaqədar parlamentin iclası yarımçıq qalıb.

Tarix
2019.09.11 / 10:25
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla