Yuxarı

Savaş Ərəbistana keçdi: 2000 girov, 200 ölü, 3 alay... - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Savaş Ərəbistana keçdi: 2000 girov, 200 ölü, 3 alay... - Video

Yəməndəki husi qiyamçıları Səudiyyə Ərəbistanının ərazisində keçirdiyi əməliyyatlarda yüzlərlə Səudiyyə əsgəri də daxil olmaqla, minlərlə koalisiya əsgərini girov götürdüklərini iddia etmişdilər.

Publika.az xəbər verir ki, husilərə məxsus “Almasirah” televiziya kanalı koalisiya əsgərlərinin və əməliyyatların görüntülərini yayıb.

Husilərin hərbi sözçüsü Yahya Sarya təşkil etdiyi mətbuat konfransında Səudiyyə Ərəbistanının cənub sərhəddində yerləşən Nəcran şəhərində keçirdiyi genişmiqyaslı hərbi əməliyyatda iki mindən çox koalisiya əsgərini əsir götürdüklərini, 200-dən çox əsgəri öldürdüklərini iddia etmişdi. Sarya ərəb koalisiyasının üç alayının darmadağın edildiyini və yüzlərlə zirehli texnikanın ələ keçirildiyini söyləyib.

Səudiyyə Ərəbistanı hakimiyyəti isə iddia və görüntülərlə bağlı hələlik rəsmi şərh verməyib.

Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramko”nun obyektləri silahlı pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hücuma görə məsuliyyəti husilər üzərinə götürüblər.

Tarix
2019.09.30 / 23:08
Müəllif
Axar.az
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla