Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Noyabr 2019


Yerdə həyatın yaranmasında Ayın rolu... - NASA

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri hesab edirlər ki, Yerin formalaşmasında və planetimizdə həyatın yaranmasında Ayın böyük rolu olub.

Azedu.az xəbər verir ki, TASS agentliyinə müsahibəsində NASA-nın astrobioloji təşəbbüsünün iştirakçısı, alimlərdən ibarət qrupun rəhbəri, kimyaçı Stiven Benner deyib: "Ulduzlararası məkanda böyük üzvi maddələr ehtiyatı Günəş sisteminin yaranmasında iştirak edib, lakin onların Yerdə ilk "həyat kərpiclərinin” formalaşmasında heç bir rolu olmayıb. Üzvi maddələr kosmosun hər yerində var. Məsələn, Qalaktikanın mərkəzinə baxsaq görərik ki, həyatın yaradıcısı sayılan formaldehid və sianidin olduğu bir neçə dumanlıq mövcuddur. Biz şübhə etmirik ki, Yerin də formalaşmasının ilk anında da bu maddələrin iştirakı olub. Amma onlar planetimizdə həyatın yaranmasında rolu olmayıb”.

Bu gün alimlər hesab edirlər ki, Yerin və Günəş sisteminin digər planetlərinin yaranması bir neçə on və ya yüz milyonlarla il davam edən kosmik boşluqda olan nəhəng qaz buludlarının içərisində baş verib. Onun daxilində sızılmalar nəticəsində əvvəlcə Günəş, sonra isə planetlər yaranıb. Yerin formalaşmasında və planetimizdə həyatın yaranmasında isə əsas rolu Ay oynayıb. Məsələ bundadır ki, Ay Günəş sisteminin yaranmasından yüz milyonlarla il sonra Yerin Mars böyüklükdə nəhəng protoplanet cismi ilə toqquşmasından sonra yaranıb.

S.Benner əlavə edib ki, bu toqquşma nəticəsində Yer demək olar ki, əriyib. Hətta ulduzlararası molekulların bir hissəsi bu prosesdə xilas olsalar belə, toqquşmanın yaratdığı temperaturda heç bir üzvi maddə yaşaya bilməzdi. Digər tərəfdən, Yerdə həyat "yerli” sadə üzvi molekullarının formalaşması məhz Ayın gətirdiyi digər mühüm maddələr hesabına mümkün olub. İlk növbədə, Yerin təbii peyki gənc planetimizin atmosferini daha az "turş” edib və bunun nəticəsində ammiak, hidrogen, karbon qazı meydana gəlib. Bütün bunlar göstərib ki, həmin maddələr həm ulduzlararası məkanda, həm də Yerdə mövcud ola bilər. Eyni zamanda, sonralar asteroidlər və kometalar da Yer kürəsinə üzvi maddələr gətiriblər ki, bu da planetimizdə təkamül proseslərinə təkan verib.

Tarix
2019.10.14 / 22:32
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Onlar meydana çıxsa, İran rejimi çökəcək - Rus politoloq

Şok iddia: İranda etirazçılar helikopterlərdən vurulur

Terrorçular məktəbi bombaladı: 3 ölü, 8 yaralı

Türkiyə bu ərazidə türkləşdirmə siyasəti aparır - Səfir

Trampdan Çinə xəbərdarlıq: Əgər saziş imzalanmasa...

Tiflisdə aksiyalar yenidən başladı

İsveçdən Culian Assancla bağlı - Qərar

Almaniya islam ölkəsinə çevrilir - Mayer

Türkiyədən ABŞ və Rusiyaya: Siz məsuliyyət daşıyırsınız!

"Beyin ölümü" müzakirəsi: Stoltenberq Parisə gedir

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla