Yuxarı

Nazarbayev “geri dönür” – Səlahiyyəti artırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ölkənin ilk prezidenti Nursultan Nazarbayevin dövlət orqanları sistemində kadr siyasəti sahəsində səlahiyyətlərini genişləndirən fərman imzalayıb.

Axar.az xəbər verir ki, sözügedən sənəd normativ hüquqi aktların hüquqi informasiya sistemində dərc olunub.

Fərmana əsasən, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin rəhbərləri istisna olmaqla, digər nazirlərin təyinatı prezident tərəfindən Təhlükəsizlik Şurasının sədri ilə razılaşdırıldıqdan sonra həyata keçiriləcək. Bundan əlavə, Qazaxıstan Prezidentinə birbaşa tabe və ya hesabat verən orqanların rəhbərləri də TŞ rəhbəri ilə razılaşdırılacaq.

TŞ rəhbəri eyni zamanda bundan sonra əyalətlərə, respublika əhəmiyyətli şəhərlər və paytaxta akimlərin (administrasiya rəhbəri) təyinatı zamanı razılıq verməlidir.

Tokayevin qərarı ilə həmçinin TŞ katibinin təyin edilməsinə dair prosedurda da dəyişiklik edilib. Belə ki, əvvəllər bu vəzifəyə təyinatı ölkə başçısı Prezident Administrasiyasının rəhbərinin tövsiyəsi əsasında həyata keçirirdi. İndi isə TŞ katibinin təyinatı şuranın sədri ilə də razılaşdırılmalıdır.

Tarix
2019.10.21 / 14:03
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla