Yuxarı

Bağdadini satan yaxını 25 milyon dollar alacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bağdadini satan yaxını 25 milyon dollar alacaq

İŞİD lideri Əbubəkr Bağdadinin öldürülməsi əməliyyatı onun yaxın çevrəsindəki informator sayəsində uğurla baş tutub.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” informasiya yayıb.

Məlumata görə, əməliyyat zamanı xüsusi xidmət orqanlarına kömək edən terrorçu Bağdadinin Suriyada hərəkət istiqamətini koordinasiya edən şəxs olub. O, həmçinin Bağdadinin İdlibdəki sığınacağının tikilməsinə yardım edib.

Sözügedən şəxs ABŞ hərbçilərinə İŞİD liderinin yerini və sığınacağının planını təqdim edib. Bağdadinin öldürülməsindən iki gün sonra isə həmin şəxs ailəsi ilə birlikdə ölkədən çıxarılıb. Göstərdiyi köməyə görə ona 25 milyon dollar mükafat verilməlidir.

Qeyd edilir ki, Bağdadinin satan şəxsin yeganə məqsədi maddi gəlir əldə etmək olmayıb. O, həmçinin yaxın qohumunun öldürülməsinə görə Bağdadidən qisas alıb.

Tarix
2019.10.30 / 10:10
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla