Yuxarı

Trampın neft planına böyük əngəl

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın neft planına böyük əngəl

ABŞ Prezidenti Donald Tramp iri neft şirkətləri ilə razılığa gələrək Suriyanın şərqindəki neft yataqlarını işlətmək niyyətindədir. Amma bir neçə böyük əngəl Trampın arzusunun həyata keçməsinə mane olur.

Axar.az xəbər verir ki, bunu Oksford Universitetinin Yaxın Şərq mütəxəssisi Castin Dargin Türkiyənin “Hürriyət” qəzetinə müsahibəsində deyib.

Dargin Suriyadakı neft yataqlarının bir hissəsinin İŞİD-ə qarşı həyata keçirilən əməliyyatlarda böyük ziyan gördüyünü, bir hissəsinin də məhz terror təşkilatının geri çəkilərkən partlatdığını bildirib.

Ekspertin sözlərinə görə, ikinci əngəl Deyr əz-Zordakı əl-Ömər yatağında neftin tərkibinin yüksək miqdarda kükürdə görə dünya bazarlarında çox ucuz qiymətə satılmasıdır:

“Bu da dünyanın enerji şirkətlərinə sərf etmir və onların bölgəyə gələrək böyük sərmayə qoymasına mane olur”.

Qeyd edək ki, vətəndaş müharibəsindən əvvəl Suriyada gündəlik neft istehsalı 400 min barrelə yaxın idi, hazırda isə bu rəqəm 20-40 min barrel arasındadır.

2010-cu ildə neft və təbii qaz Suriyanın ixracatının 35 faizi, gəlirlərinin isə 20 faizini təşkil edirdi.

Tarix
2019.10.30 / 11:03
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla