Yuxarı

Ərdoğan: Gedirəm, o məktubu Trampa qaytaracam…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan: Gedirəm, o məktubu Trampa qaytaracam…

13 noyabrda Trampın dəvəti ilə ABŞ-a gedəcəyik. Əlbəttə, o məktubu da yanımızda aparacağıq, bunun altında qala bilmərik. Eynilə qaytaracağıq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Trampın üzünə deyəcəklərimiz var. Lazım olan cavabı verəcəyik. Əslində biz lazım olan cavabı vermişik, orada yazılanları diqqətə almadıq. Məktub bizə çatdıqdan sonra 2 saat ərzində əməliyyatı başlatdıq. Əslində gecə və ya sabahkı gün başlayacaqdıq. Ancaq məktub gələn kimi lazımı qiymətləndirməni apardıq və əməliyyatı başlatdıq”, - Ərdoğan bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana SDQ ilə Türkiyə arasında vasitəçilik məqsədilə göndərdiyi məktub diplomatik nəzakət qaydalarına uyğun olmayan üslubu ilə diqqət çəkmişdi.

Trampın Türkiyəni iqtisadi cəhətdən məhv etməklə təhdid etdiyi məktubda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Suriya Demokratik Qüvvələrinin (SDQ) komandiri Məzlum Kobani adı ilə tanınan Fərhad Abdi Şahinlə görüşməsi tövsiyə edilmiş, keşiş Branson dönəmi xatırladılmışdı.

Tarix
2019.11.01 / 11:11
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla