Yuxarı

İran ABŞ qarşısında əyilməyəcək - Xamenei

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran ABŞ qarşısında əyilməyəcək - Xamenei

2019.11.03. 15:38

İran ABŞ-ın təzyiqləri qarşısında əyilməyəcək və rəsmi Vaşinqtonla heç bir danışıq aparmayacaq.

Azərtac xəbər verir ki, bu sözləri İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei deyib.

Bildirib ki, Amerika ilə dialoq İranın heç bir problemini həll etməyəcək. Ona görə də danışıqlara ehtiyac yoxdur.

Ali rəhbər qeyd edib ki, İran İslam İnqilabından ötən 41 il ərzində ABŞ İran xalqına qarşı düşmənçilik siyasəti yürüdüb. Buna cavab olaraq İran da təhlükəsizliyini təmin edib. Ən başlıcası odur ki, ABŞ-ın İrana müdaxiləsinin qarşısı alınır. Bəzi hallarda isə İran ABŞ-ı küncə sıxışdırıb. İran danışıqlardan imtina etməklə də ABŞ-ın müdaxiləsinin qarşısını alır. Bu isə o deməkdir ki, İran xalqı ABŞ-ın diktaturasını qəbul etmir.

Əli Xamenei Şimali Koreya və Kubanı misal göstərərək bildirib ki, bu dövlətlər ABŞ ilə danışıqlara başlasalar da, heç bir nəticə əldə edə bilmədilər. ABŞ Prezidenti bu dövlətlərin rəhbərləri ilə görüşdü, lakin sanksiyalar aradan qaldırılmadı. İran təzyiq altında mənasız danışıqlar aparmayacaq.

Tarix
2019.11.04 / 00:36
Müəllif
Axar.az
Digər xəbərlər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla