Yuxarı

Tiflisdə parlamentin fəaliyyəti bərpa edildi: 37 nəfər saxlanıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019.11.18 - 17:30

Tiflisdə xüsusi təyinatlılar parlamentin qarşısında toplaşan etirazçılara qarşı əməliyyata hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Gürcüstan Daxili İşlər Nazirliyi etirazçılara parlamentin qarşısından çəkilmələri üçün saat yarım vaxt verib.

Polisin su şırnaqlı maşınları hazır vəziyyətə gətirilib.

***

Gürcüstan Daxili İşlər Nazirliyini (DİN) xüsusi təyinatlı dəstələri Tiflisdə parlamentin binası qarşısında etiraz aksiyası keçirən insanları dağıtmağa başlayıb.

Müxalifət DİN-in xəbərdarlığına əməl etmədiyi üçün xüsusi təyinatlılar aksiya iştirakçılarına qarşı su şırnağından istifadə edib.

Su şırnağının tətbiqindən sonra aksiya iştirakçılarının bir hissəsi ərazidən uzaqlaşıb. Qalan insanlar isə polisə müqavimət göstərərək meydanı tərk etmək istəmir.

***

Tiflisdə Gürcüstan parlamenti ətrafında və Rustaveli prospektində keçirilən aksiyanın dağıdılmasından sonra qanunverici orqan fəaliyyətini tam bərpa edib.

Hazırda parlamentdə büro iclası və çoxluğu təmsil edən fraksiyanın toplantısı keçirilir.

***

Gürcüstan parlamenti ətrafındakı aksiyanın dağıdılması zamanı saxlanılan şəxslərin sayı 37 nəfərə çatıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Tarix
2019.11.19 / 00:29
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi...

Elşən İbrahimov Rusiyanı belə tərk elədi - Video

Rusiya Azərbaycandan bu məhsulların idxalını qadağan etdi

İlham Əliyev BƏƏ prezidentinə hədiyyə təqdim etdi - Foto

Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Baş nazir mühüm qərar imzaladı

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı

Nazir bu ölkələrin rəsmiləri ilə görüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla