Yuxarı

Baş nazirdən şok: “Anbarlar silahla doludur, amma...” - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazirdən şok: “Anbarlar silahla doludur, amma...” - Video

"ABŞ Ukraynadan istifadə elədi".

Axar.az xəbər verir ki, bu sözləri "Miq nyus"a açıqlamasında Ukraynanın kemiş baş naziri Nikolay Azarov söyləyib.

O, artıq Ukraynanın milli maraqlarının qalmadığını bildirib:

"Az adam bilir ki, Yanukoviçlə yanaşı mənə də sui-qəsd təşkil edilmişdi. Mənim həyat yoldaşım getdiyi avtomobildə avtomatdan açılan atəş nəticəsində güllələnmişdi, ancaq möcüzə nəticəsində sağ qaldı. Bu güllələr mənim üçün hesablanmışdı. Buna görə də mənim ölkədən qaçmaqdan başqa şansım qalmamışdı. Mən sizdən soruşmaq istəyirəm ki, pulları hara xərcləyirsiniz? "Qrad"ları haradan alırsınız? Bəs tankları? Ukraynada bütün silah növlərinin olduğu ağzına qədər dolu anbarlar var. Bu silahlarla Ukrayna bütün Avropa ilə 20 il ərzində vuruşa bilər. ABŞ Ukraynadan istifadə elədi. Ona görə də indi Ukraynanı Rusiyanın qarşısına atıb. Mən Rusiya bazarlarında Ukrayna üçün savaşırdım. Ona görə də məni Rusiya yönümlü adlandırırdılar. Avropa ilə biz öz milli maraqlarımızı qorumaqdan ötrü çox mübarizə apardıq. Amma indi heç bir milli maraq-filan qalmayıb. Sən avropalıların qarşısında əyiləndə çoxlu alqış qazana bilirsən, amma ölkən üçün heç bir xeyir götürməyəcəksən. Ona görə də məni həm Rusiyada, həm də Avropada çətin danışıqlar aparan şəxs hesab edirdilər. Səbəb o idi ki, mən yalnız öz milli maraqlarımızı ortaya qoyurdum. Çalışırdım bizim məhsullar onların bazarlarına çıxsın".

Qeyd edək ki, Nikolay Azarov artıq Ukraynada yaşamır. Bu çıxış Azarovun uzun aylardan sonra Ukrayna ilə bağlı dediyi ilk sözlərdi.

Tarix
2015.02.04 / 15:02
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

İki ölkədə Çin casusları yaxalandı - Böyük qalmaqal

Nazir Talıbovu yüksək vəzifəyə təyin etdi

Savadlı danışıq, xəbər dilində məsuliyyət... - Təlim

Əgər QRU generalı Moskvanın mərkəzində güllələnirsə...

Bayramov İshaq Dara zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla