Yuxarı

Qərb nədən Ukraynaya silah verməkdən imtina etdi? - Politoloq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərb nədən Ukraynaya silah verməkdən imtina etdi? - Politoloq

"Qərbin Ukraynaya silah verəcəyinə dair onsuz da heç bir təminat yoxdur".

Bu sözləri Axar.az-a açıqlamasında Qərb və ABŞ-ın Ukraynaya silah yardımından imtina etməsini şərh edərkən politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Ukraynaya silah dəstəyindən imtina etməsinə baxmayaraq, Qərb Kiyevə maliyyə yardımını hələ də davam etdirir:

"Qərbin Ukraynaya silah dəstəyindən rəsmi şəkildə imtina etməsi ondan irəli gəlir ki, Qərb vəziyyəti daha da şiddətləndirmək istəmir. Əgər NATO Ukraynaya silah verməyi qərara alsa, bu, müharibəni daha da alovlandıracaq. Eyni zamanda bu, Rusiyanın əlinə separatçıları silahlandırmağa yeni bir bəhanə verəcək. Məhz bu baxımdan da ABŞ və Avropa ölkələri rəsmi səviyyədə Ukraynaya silah satmamağı qərara alıb. Bu qərar Ukraynanın vəziyyətini elə də çətinləşdirməyəcək. Çünki sovet dövründən Ukraynada çox böyük silah zavodları var və bunlar indi də fəaliyyət göstərir. Düzdür, ölkənin müasir silahlara ehtiyacı var, ancaq sözügedən silahlar separatçılarda da yoxdur. Yəni hər iki tərəf hazırda eyni səviyyədə savaşır. Buna görə də Qərbin Ukraynaya silah dəstəyi verməməsi Ukrayna ordusunun bundan sonra savaşa bilməyəcəyi anlamına gəlmir".

Politoloq sözügedən məsələdə Ukraynanın başqa yollara əl ata biləcəyinin mümkünlüyünü də vurğulayıb:

"Qeyd edim ki, Ukrayna Qərbdən ala bilmədiyi silahları başqa kanallar vasitəsi ilə də əldə edə bilər. Düşünürəm ki, rəsmi Kiyev bunu indi də edir. Çünki hazırda Ukrayna ordusunda bu cür müasir silahlara rast gəlmək mümkündür. Çox güman ki, bunlar da qeyri-rəsmi kanallarla əldə olunur".

Xatırladaq ki, ABŞ, Almaniya və Macarıstan Ukraynanı silahla təchiz etməkdən imtina ediblər.

Tarix
2015.02.04 / 20:47
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla