Yuxarı

Rusiyanın məxfi gəmisi Panamada bloklandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Hərbi Dəniz Donanmasının Şimal donanmasına məxsus olan məxfi hərbi gəmi ABŞ sahillərində bir neçə gün ərzində şübhəli manevrlər etdikdən sonra Panama körfəzində bloklanıb.

Virtualaz.org xəbər verir ki, gəminin Panama ərazi sularından tranzit keçidinə icazə verilmir.

“Yantar” adlı gəmi rəsmi olaraq Rusiya Müdafiə Nazirliyinin Geoloji Tədqiqatlar Baş İdarəsinə məxsusdur və okeanoqrafiya gəmisi kimi təqdim olunur. Lakin gəmi barədə ətraflı məlumat yoxdur və bir neçə gün əvvəl o, qəfildən ABŞ sahillərində aşkar edilmişdi. Gəminin ABŞ sahillərində şübhəli manevrləri qeydə alınandan sonra onun üzərində Amerika hərbi təyyarəsi dövrə vurmuşdu. Daha sonra gəmi Panama körfəzində bloklanıb. Panamanın dəniz administrasiyası gəminin saxlanılmasına əsas kimi onun hiderotexniki qurğularının Panama kanalının şlyüzlərinə və kameralarına zərər vura biləcəyini göstərir. Lakin bu səbəb ciddi qəbul olunmur. Artıq üçüncü gündür ki, Rusiya XİN və digər maraqlı strukturların xətti ilə gəminin Panama kanalından keçidinə icazə almağa çalışır.

Dekabrın 4-də xəbər yayılmışdı ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı Rusiyanın “Yantar” okeanoqrafiya gəmisinin özünü Birləşmiş Ştatlar sahillərində qəribə aparmasından narahat olub. Həmin vaxt gəmi Karib dənizində idi və ötürücülərini söndürərək naməlum fəaliyyətlə məşğul olmaqdaydı.

Gəminin avtomatik identifikasiyasına imkan verən ötürücülərin söndürülməsi Amerika komandanlığına şübhəli görünüb. Mütəxəssislər müəyyən ediblər ki, gəmi noyabr ayında cəmi iki dəfə-8 və 28 noyabr tarixlərində Trinidad sahillərində olarkən ötürücülərini işə salıb. Yerli limanı tərk edən kimi ötürücüləri söndürüb. Üstəlik noyabr ayı ərzində Amerika hərbi gəmiləri bir daha “Yantar” gəmisinin izini tapa bilməyiblər. Dekabrın əvvəllərində gəmi gözlənilmədən Amerika suları yaxınlığında peyda olub.

Qərb ekspertləri təxmin edirlər ki, casus-gəmi dərinlikdən keçən internet-kabellərin və hökumət rabitəsi kabellərinin yerləşdiyi rayonda fəaliyyət göstərir. İstisna deyil ki, gəmi ABŞ-ın sualtı qayıqlara qarşı Sound Surveillance System (SOSUS) okeanaltı siqnalizasiya sisteminin işini tədqiq edir. Bu, Rusiyaya nüvə raketləri daşıyan sualtı qayıqalarını və nüvə mühərrikli “Poseidon” sualtı aparatını (“qiyamət günü” silahı) gələcəkdə ABŞ-a istiqamətləndirmək üçün lazım ola bilər.

Tarix
2019.12.08 / 21:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla