Yuxarı

Şok: Rusiya hər an Kaşaqana hücum edə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şok: Rusiya hər an Kaşaqana hücum edə bilər

"Son zamanlar Avrasiya İttifaqına qoşulan ölkələrin davranışları çox qəribə təsir bağışlayır".

Bu sözləri Axar.az–a açıqlamasında politoloq Qabil Hüseynli Qazaxıstanın Rusiyanın bir çox mallarına embarqo tətbiq etməsi və bunun fonunda regionda yarana biləcək vəziyyəti şərh edərkən deyib.

Politoloq bildirib ki, eyni hadisənin daha öncə Rusiya tərəfindən Belarusa qarşı təkrarlanması Lukaşenkonun hədsiz qəzəbinə səbəb olmuşdu:

"Hətta Belarus Prezidenti Aleksandr Lukaşenko sırf bu üzdən Avrasiya İttifaqından çıxacağını bəyan etmişdi. Sonra onun könlü alındı və Moskvada ortaq dil tapıldı. İndi isə Qazaxıstan Rusiya mallarına embarqo qoyur. Bunun görünən və görünməyən tərəfləri var. Çünki hələlik bu məsələdə tam həqiqətləri bilmirik. Zənnimcə, Qazaxıstanın daxili işlərinə müdaxilədən ibarət bir proses baş qaldıra bilər. Bu proses isə əsasən Xəzərin Qazaxıstan hissəsi ilə xüsusən də oradakı "Kaşaqan" neft yataqları ilə bağlı ola bilər. Qeyd edim ki, adı çəkilən yerdə kəşf edilən bu neft yataqları xarici firmalar, xüsusilə də Amerika şirkətləri tərəfindən istismar edilir. "Kaşaqan" demək olar ki, dünyanın ən böyük neft yataqlarından biridir. Bu, Qazaxıstanın gələcəyi üçün çox mühüm əhəmiyyətə malikdir. İndi Rusiya Xəzərdəki hərbi donanması ilə bu ərazilərdə geniş miqyaslı manevrlər keçirir. Bu manevrlər prosesində Rusiyanın Qazaxıstanın daxili sularına daxil olaraq oradakı neft kəşfiyyatı işlərinə maneə olma ehtimalı yüksəkdir".

Politoloq başqa bir tərəfdən Rusiyanın Qazaxıstana müəyyən ərazi iddiaları irəli sürə biləcəyinin mümkünlüyünü də vurğulayıb:

"Rusiya olmasa da, Moskvadakı müəyyən dairələr buna cəhd edə bilərlər. Çünki vaxtilə Rusiya Sovet İttifaqı dağıldıqdan sonra Qazaxıstanın şimalında, xüsusi ilə rusların geniş təmsil olunduğu ərazilərin onlara məxsusluğu barədə tarixi həqiqətlərlə üst-üstə düşməyən iddialar yayırdılar. Məhz bu səbəbdən də Nazarbayev paytaxt Almatını Astanaya köçürdü. Xaricdə yaşayan rusların işində belə bir xüsusiyyət var ki, gah öz ölkəsinin pasportlarını paylayır, gah da ikili vətəndaşlıq verirlər. Qazaxıstanda da bu üsula əl atılması qaçılmaz ola bilər. Nazarbayev isə bütün bunların sonda Qazaxıstana qarşı müəyyən ərazi iddialarına gətirib çıxara biləcəyini çox yaxşı başa düşür".

Qabil Hüseynli Qazaxıstanın bu addımının daha çox ölkənin daxili bazarını qorumaqdan irəli gəldiyini bildirib:

"Qazaxıstan sanksiyalara məruz qalmış ölkə deyil. Eyni zamanda xarici firmalarla - Qərbin iri neft və müasir elm tutumlu şirkətləri ilə əlaqələri olduqca möhkəmdir. Bu ölkədə bir sıra iqtisadi göstəricilər öz qaydasındadır. Yəni inflyasiya yüksək deyil və ölkə valyutası (təngə) sabit olaraq qalır. Buna görə də hesab edirəm ki, Qazaxıstan sırf daxili bazarını qorumaq məqsədilə belə bir embarqo siyasətinə əl atıb".

Tarix
2015.02.07 / 08:45
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır

Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri Bakıya gəldi

Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən... - Prezident

COP30-da yanğın: azərbaycanlılar xəsarət alıb?

Prezident onlara müraciət ünvanladı

Trampın Ukrayna ilə bağlı sülh planı - Tam mətn

Azərbaycanın strateji rolunu yüksək qiymətləndiririk - Səfir

Laçının torpaq potensialı yenidən qiymətləndirildi

Azərbaycanla İsrail arasında mühüm iclas keçirildi - Foto

2026-cı ilin büdcə zərfinin strukturu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla