Yuxarı

FHN ASAN Xidmətdə təlim keçirdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN ASAN Xidmətdə təlim keçirdi - Video

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 6 saylı Bakı ASAN Xidmət mərkəzində təlim keçirilib.

Axar.az xəbər verir ki, təlimin keçirilməsində məqsəd fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi, mərkəzin əməkdaşlarının fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması olub.

Təlimə FHN-in müvafiq qurumlarının şəxsi heyəti və texnikası cəlb olunub.

Tədbirdə çıxış edən FHN-in Bakı Regional Mərkəzi rəisinin birinci müavini polkovnik İlqar Səfərov Azərbaycanda dövlət səviyyəsində əhalinin təhlükəsizliyinə göstərilən diqqətdən və Nazirlik tərəfindən bu istiqamətdə görülən işlərdən danışıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 6 saylı Bakı ASAN Xidmət mərkəzinin direktoru Murad Əlizadə bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib, fövqəladə hallarla bağlı davranış qaydalarına riayət olunmasının vacibliyini vurğulayıb.

Təlimin nəzəri hissəsində FHN-in əməkdaşları tərəfindən fövqəladə hallar zamanı davranış qaydalarına dair müxtəlif mövzularda təqdimatlar edilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş olunub.

Təlimin praktiki hissəsində isə baş vermiş şərti zəlzələ ilə əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra 6 saylı Bakı ASAN Xidmət mərkəzinin əməkdaşlarının təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, Bakı Regional Mərkəzinin xilasediciləri operativ qaydada “hadisə yerinə” çataraq “zərərçəkmişlərin” təhlükəsiz yerə təxliyəsini həyata keçirib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstəriblər”.

Uğurla başa çatan tədbirdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Tarix
2025.11.21 / 12:25
Müəllif
Axar.az
Digər xəbərlər

Astana Zəngəzur vasitəsilə Türkiyəyə yeni marşrut açır

Prezidentin müraciəti BMT sənədi kimi yayıldı

Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır

Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri Bakıya gəldi

Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən... - Prezident

COP30-da yanğın: azərbaycanlılar xəsarət alıb?

Prezident onlara müraciət ünvanladı

Trampın Ukrayna ilə bağlı sülh planı - Tam mətn

Azərbaycanın strateji rolunu yüksək qiymətləndiririk - Səfir

Laçının torpaq potensialı yenidən qiymətləndirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla