Yuxarı

Bu yolda yeni tunel tikilir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu yolda yeni tunel tikilir - Foto

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq, Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunda daha bir tunel tipli yol ötürücüsünün inşasına start verib.

Agentlikdən Axar.az-a verilən məlumata görə, tunel layihənin 3,6-cı kilometrində, mövcud dəmir yolu xəttinin altından keçməklə inşa olunur.

Tunel tipli yol ötürücüsünün ümumi uzunluğu 620,6 metrdir. Bunun 36,6 metri qapalı, 584 metri isə açıq hissədən ibarətdir. Hazırda obyekt üzrə dayaqların qazılması və betonlanması, həmçinin svayların quraşdırılması işləri həyata keçirilir.

Xatırladaq ki, uzunluğu 29 kilometr olan avtomobil yolu 1B texniki dərəcəyə uyğun, 6 hərəkət zolaqlı şəkildə tikilir. Layihə çərçivəsində 9 yol qovşağının, 13 yol ötürücüsünün, 1 kanal körpüsünün, həmçinin 2 açıq-qapalı tunel tipli yol ötürücüsünün inşası nəzərdə tutulub.

Yeni avtomobil yolunun istifadəyə verilməsi Abşeron yarımadasının şimal-şərqində yerləşən yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan, Bakı–Quba–Rusiya ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə şimal bölgəsi, eləcə də Bakı–Şamaxı–Yevlax yolu vasitəsilə ölkənin qərb bölgəsi ilə rahat və səmərəli nəqliyyat əlaqəsi qurmasına imkan yaradacaq.

Tarix
2025.11.21 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

Astana Zəngəzur vasitəsilə Türkiyəyə yeni marşrut açır

Prezidentin müraciəti BMT sənədi kimi yayıldı

Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır

Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri Bakıya gəldi

Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən... - Prezident

COP30-da yanğın: azərbaycanlılar xəsarət alıb?

Prezident onlara müraciət ünvanladı

Trampın Ukrayna ilə bağlı sülh planı - Tam mətn

Azərbaycanın strateji rolunu yüksək qiymətləndiririk - Səfir

Laçının torpaq potensialı yenidən qiymətləndirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla