Yuxarı

“ADY Express” “Logitrans Turkiye 2025” sərgisində təmsil olunur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“ADY Express” “Logitrans Turkiye 2025” sərgisində təmsil olunur

Azərbaycan Dəmir Yolları QSC və onun törəmə şirkəti ADY Express MMC 19–21 noyabr tarixlərində İstanbulda keçirilən “Logitrans Turkiye 2025” beynəlxalq nəqliyyat və logistika sərgisində stendlə təmsil olunur.

Stenddə regional tranzit marşrutları, logistika həlləri və əməkdaşlıq imkanları barədə təqdimatlar, görüşlər və müzakirələr keçirilir.

Beynəlxalq tərəfdaşlarla keçirilən görüşlərdə yeni layihələrin icrası və yük axınlarının artırılması istiqamətində fikir mübadiləsi aparılır.

Sərgi çərçivəsində həmçinin ziyarətçilərə Azərbaycanın tranzit potensialı, ölkənin nəqliyyat şəbəkəsinin Orta Dəhlizlə Çindən yük daşımaları üçün təqdim etdiyi üstünlüklər barədə geniş məlumat verilir.

Sərgi təşkilatçıları tərəfindən səmərəli fəaliyyətinə görə ADY nümayəndə heyətinə "Dəyərli tərəfdaş" nominasiyası üzrə mükafat təqdim olunub.

Qeyd edək ki, "Logitrans Turkiye" sərgisi regionun aparıcı logistika platformalarından biri hesab olunur. 20 000-ə yaxın insanın ziyarət etdiyi builki sərgidə 20 ölkədən 230-a yaxın şirkət təmsil olunur, iştirakçılar və ziyarətçilərə texnoloji həllərin nümayişi və beynəlxalq tərəfdaşlıqlar üçün geniş imkanlar təqdim olunur.

Tarix
2025.11.21 / 12:50
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda D-8 Media Forumunun keçirilməsi bunu təsdiqləyir

Astana Zəngəzur vasitəsilə Türkiyəyə yeni marşrut açır

Prezidentin müraciəti BMT sənədi kimi yayıldı

Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır

Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri Bakıya gəldi

Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən... - Prezident

COP30-da yanğın: azərbaycanlılar xəsarət alıb?

Prezident onlara müraciət ünvanladı

Trampın Ukrayna ilə bağlı sülh planı - Tam mətn

Azərbaycanın strateji rolunu yüksək qiymətləndiririk - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla