Yuxarı

Minimum maaş gəlir vergisindən azad olunsun - Təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Minimum maaş gəlir vergisindən azad olunsun - Təklif

Əksər dövlətlərdə minimum əməkhaqqının gəlir vergisindən azad olunduğunu nəzərə alaraq oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğundur.

Axar.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bugünkü plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan Vergi Məcəlləsi və 16 qanuna təklif edilən dəyişikliklər paketinin ilk oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, gəlir vergisi müəyyən xərc yaratsa da ciddi izafi xərc yaratmadığı üçün həmin xərclərin sahibkarlar tərəfindən maaş artımlarına gedilərək kompensasiya edilməsi də mümkündür:

"Mərhələli yumşaq keçid biznesin bu mexanizmə hazır olmasına imkan yaradacaq. Əksər dövlətlərdə minimum əmək haqqının gəlir vergisindən azad olunduğunu nəzərə alaraq oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğundur. Həm dövlət, həm özəl sektorda minimum əmək haqqı alan vətəndaşlarımızın maaşları vergidən azad olunması sosial təminat baxımdan da məqsədəuyğundur. Bu zaman hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşə bilər. Həmin vətəndaşlarımızın maaşları yüksək olmadığı üçün əmək haqqlarının vergiyə cəlb olunması arzuolunan deyil. Bu baxımdan, həm dövlət, həm özəl sektorda minimum əmək haqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunmasını təklif edirik".

Deputat qeyd edib ki, həm dövlət, həm özəl sektorda vergidən azad olunan məbləğin minimum əmək haqqı ilə əlaqələndirilməsi nisbətən az maaş alan vətəndaşların da gəlirlərini artıra bilər:

"Belə ki, bu halda gəlir vergisi hesablanan vergidən azad olunan məbləğ 200 manat deyil, 400 manat ola bilər ki, bu da birbaşa maaşlara təsir göstərəcək. Bu o deməkdir ki, bu halda 2 500 manatadək əmək haqqı alan vətəndaşlarımızın maaşlarında artım qeydə alına bilər. Uzun müddətdir ki, dövlət sektorunda gəlir vergisi intervalları dəyişmir və iqtisadiyyatın inkişafına uyğun olaraq 2 500 manatlıq həddin 4 000 manatadək qaytarılması məqsədəuyğun olardı. Buda dövlət sektorunda da əmək haqqı artımına gətirib çıxaracaq".

Tarix
2025.11.21 / 13:05
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı ilə eşq yaşayan erməni konsuldan yeni xəbər

Bakıda D-8 Media Forumunun keçirilməsi bunu təsdiqləyir

Astana Zəngəzur vasitəsilə Türkiyəyə yeni marşrut açır

Prezidentin müraciəti BMT sənədi kimi yayıldı

Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır

Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri Bakıya gəldi

Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən... - Prezident

COP30-da yanğın: azərbaycanlılar xəsarət alıb?

Prezident onlara müraciət ünvanladı

Trampın Ukrayna ilə bağlı sülh planı - Tam mətn

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla