Yuxarı

Heydər Əliyev dedi ki, əlinizi şokolada birinci siz uzadın…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydər Əliyev dedi ki, əlinizi şokolada birinci siz uzadın…

Ümummilli lider Heydər Əliyevlə bağlı bir xatirəmi bölüşmək istəyirəm. Heydər Əliyev seçilmiş ilk siyasi şuranın iclasına başladı. Orada 51 nəfər vardı. O dedi ki, hamınız gələcəkdə böyük insanlar olacaqsınız. Bu sözləri hələ də xatırlayıram. Onda hamı sevincindən havaya uçmuşdu.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Səyyad Aran deyib.

O, Ümummilli liderin tarixi tövsiyələrini bölüşüb:

“Dedi ki, yanınıza cürbəcür insanlar gələcək. Siz onları qəbul etməyi və dinləməyi öyrənin. Dinləmək mədəniyyətiniz olsun. Eləsi də olacaq ki, sizin qarşınızda atası-babası ilə danışmağa başlayacaq. Diqqətlə qulaq asın, səbir edin, sözünü kəsməyin”.

Ardınca dedi: “Dərhal çay gətirdin. Əlinizi şokolada birinci siz uzadın. Bəlkə də o heç 1 aydır şokolad yemir. O insanın bütün hərəkətlərinə həssaslıqla yanaşın. Yerinə yetirə bilməyəcəyiniz bir xahişi olsa belə, elə yola salın ki, sizdən inciməsin. Qapıya qədər ötürün. Gələndə necə diqqətlə qarşılamısınızsa, yola salanda da elə edin.

Xidməti stolunuzun arxasında yox, qarşısındakı kiçik stulda əyləşin ki, o özünü sıxılmış hiss etməsin. Çıxanda da köməkçinizdən xahiş edin ki, onu pilləkənədək ötürsün, qapıda gözləyən adama təhvil versin və sonra geri qayıtsın. Bunlar rəhbərliyin əlifbasıdır”.

İndi kimsə deyə bilər ki, mən də belə edirəm. Amma unutmayın, siz indi edirsiniz, o isə bunları 30 il əvvəl millətə öyrədirdi. Necə deyərlər, onun əsasını qoyduğu məktəb bu gün də yaşayır”.

Tarix
2025.11.21 / 13:55
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

TDT hökumət başçılarının görüşü: bəyanat qəbul olundu

Azərbaycandan qayıdan təyyarəni İsrail vurub?

Prezident Cövdət Yılmazı qəbul etdi - Foto

Rusiya qadağası Azərbaycana necə təsir edəcək?

Rusiya Ermənistana görə Azərbaycana təşəkkür etdi

Putin Kremldə açıq dedi - Ermənistanda “duel” başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla