Yuxarı

Separatçılar Debaltsevonu ələ keçirdi - Foto/Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Separatçılar Debaltsevonu ələ keçirdi - Foto/Yeniləndi

14:18

Şərq görünüşlü rus muzdluları "Allahu Əkbər" sədaları ilə Debaltsevonun milis şöbəsini və dəmiryolu vağzalını ələ keçiriblər.

Axar.az xəbər verir ki, bu barədə jurnalist Andrey Çaplienko özünün Feysbuk səhifəsində yazıb.

"Debaltsevodan. 15 dəqiqə əvvəl "Rus dünyası" döyüşçüləri "Allahu Əkbər" sədaları ilə milis şöbəsini tutdu. 1 saat əvvəl isə dəmiryolu vağzalı ələ keçirilib", - jurnalist yazıb.

Ukraynalı digər jurnalist Anastasiya Stanko şəhər milis idarəsinin "Qrad" zərbələri ilə darmadağın edildiyini bildirib.

Ukrayna Daxili İşlər Nazirliyindən binanın dağıdılması faktını təsdiqləyiblər.

Ukrayna Daxili İşlər Nazirliyinin Donetsk vilayəti Baş İdarəsinin sədr müavini İlya Kiva "112" kanalına açıqlamasında Debaltsevo dəmiryolu vağzalının separatçıların nəzarəti altına keçdiyini, şəhərin mərkəzində hər küçə uğrunda gərgin döyüşlərin getdiyini bildirib.

***

120-yə yaxın ukraynalı hərbçi Debaltsevoda küçə döyüşləri zamanı əsir götürülüb.

Bu barədə qondarma Donetsk Xalq Respublikasının Müdafiə Nazirliyinin əməkdaşı bildirib.

"Debaltsevoda küçə döyüşləri davam edir. Bizim dəslərimiz şəhərin böyük hissəsini ələ keçiriblər. 120-yə yaxın ukraynalı döyüşçü də əsir götürülüb", - separatçıların nümayəndəsi bildirib.

Tarix
2015.02.17 / 14:40
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla