Axar.az
Yuxarı

Axar.Az Logo

"Ağıllı" paltarlar: İnsanı belə qoruyacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son on ildə toxuculuq sənayesi yeni texnologiyalar sayəsində yüksək səviyyəyə çatıb. Artıq “ağıllı” parçalar, elektron tekstil və ya E-parça ortaya çıxıb, onlardan müxtəlif geyimlər hazırlanır.

Axar.az ikt.az-a istinadən xəbər verir ki, “ağıllı” parçalar rabitə, çevrilmə, enerji ötürülməsi, kirdən təmizlənmə və s. imkanlara malikdirlər. Bu parçalar rəng və naxış dəyişdirməyə, işıqlandırmanı artırmağa, eləcə də insan orqanizmini qorumağa, fiziki fəaliyyətini artırmağa qadirdirlər. Yüksək texnologiyalı parçaların əsas tətbiq sahələri hərb, tibb və idmandır.

“Ağıllı” paltarlar xroniki xəstəlikləri olan insanlara vaxtında yüksək təzyiq və ya şəkərin səviyyəsi barədə siqnal verir, dərman preparatlarının vaxtlı-vaxtında qəbul etmələrini xatırladır, eləcə də insulinin inyeksiyasını həyata keçirir. Bu, həmçinin idmançılar üçün bədənin temperaturunu tənzimləyir, küləyə müqavimətini azaldır, əzələlərin titrəməsini idarə edir.

“Ağıllı” parça yalnız məlumat toplamaqla kifayətlənmir, həm də xarici stimullara və ya ətraf mühitin dəyişikliklərinə cavab verə bilir. O, temperaturdan asılı olaraq rəngini dəyişdirə bilir, həmçinin idmançıları və hərbçiləri qorumağa xidmət edən güclü zirehə çevrilərək onları zərbədən müdafiə edir.

İsveçrə bu texnologiyanın inkişafı və tətbiqi sahəsində dünya liderlərindən biri hesab olunur. Maddə və materialların öyrənilməsi üzrə yerli Federal Laboratoriya “ağıllı” geyimlə bağlı araşdırmalara nəzarət edir.

Yaponiyada elektronika ilə doldurulmuş hər cür hava geyimləri də istehsal olunur ki, bu da ətraf mühitin parametrlərinə cavab verir, insanlara rahat yaşaya bilmələri üçün şərait yaradır.

Sinqapurdan olan tədqiqatçılar isə smartfon və “ağıllı” saatları sürətli enerji itkisindən xilas edən material təqdim ediblər. Xüsusi parçadan hazırlanan bu geyim simsiz cihazların enerjisinə qənaət edir. Mütəxəssislər parçanın adi paltar kimi yuyula, qurudula və ütülənə biləcəyini qeyd edirlər.

“Ağıllı” parçadan hazırlanmış digər paltar pilotun yorğunluğu barədə əvvəlcədən xəbərdarlıq edə bilir. Hərbi forma isə komandanlıq mərkəzinə döyüşdəki əsgərlərin vəziyyəti barədə məlumat ötürür. Digər geyim xəstə insana vəziyyətinin kritik olduğunu vaxtında bildirir, bununla da o, tez zamanda hərəkətə keçir və ya ehtiyac olarsa, təcili yardım çağırır.

Mütəxəssislər yaxın gələcəkdə insanların lazım olan funksiyalarla təchiz olunmuş “ağıllı” kostyumları rahatlıqla əldə edə biləcəklərini qeyd edirlər.

Tarix
2020.02.03 / 01:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vaşinqton Berlini təkzib etdi: Danışıqlar olmayıb

İranda polisə hücum: ölən var

Partlayışın arxasında İran ola bilər - Qantz

ABŞ-a təhdid: Oxşar formada cavab verəcəyik!

II Dünya müharibəsinə aid bomba tapıldı

“Bahar qalxanı”: Türkiyə ordusunun uğurlu əməliyyatı...

Husilər bu şəhəri ballistik raketlərlə vurdu

Fermerləri daşıyan avtomobil minaya düşdü: 5 ölü

Erməni general da Paşinyana qarşı çıxdı

F-35-lərin əvəzinə F/A-18 Super Hornet... - “Nəşnl İnterest”

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla