Yuxarı

Ən təhlükəli narkobaronun oğlu ABŞ-a təhvil verildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ən təhlükəli narkobaronun oğlu ABŞ-a təhvil verildi

Meksikanın ən qüdrətli narkokartellərinin birinin başçısının oğlu Birləşmiş Ştatlara verilib.

Musavat.com xəbər verir ki, “El Mençito” ləqəbli Ruben Osegera Qonsalez “narkotiklərin qaçaqmalçılığı və ABŞ-a ötürülməsi ilə bağlı qəsd” cinayəti ilə suçlanaraq hüquq-mühafizə orqanları tərəfindən meksikalı həmkarlarından təhvil alınıb.

Amerika Birləşmiş Ştatlarında anadan olan Osegera Qonsalez “Xalisko” narkokartelinin rəhbəri sayılan Nemesio Osegera Ramosun oğludur.

Məhkəmə müdafiə tərəfinin ABŞ-a köçürülmənin qeyri-qanuni olduğu ilə bağlı vəsatətini rədd edib. İndi Osegera Vaşinqton federal məhkəməsində hakim və prokurorların suallarına cavab verməli olacaq.

Narkobaronun oğlu 2014-cü ilin yanvarından 2015-ci ilə qədər 4 dəfə həbs olunub. Onun karteldə atasından sonra 2-ci şəxs olduğu bildirilir.

ABŞ Ədliyyə Nazilriyi “Yeni nəsil Xalisko” kartelini ən təhlükəli mütəşəkkil cinayətkar qruplardan biri hesab edir.

Kartel 2010-cu ilin iyul ayında yaradılıb. Onun təsisçiləri Nemesio Osegera Ramos, Erik Valensiya və Martin Arsola Orteqa hesab olunur.

Qrup Meksikanın Qvadalaxara, Xalisko və Verakruz şəhərlərində nəzarəti əldə saxlayır. Burada onların ən böyük rəqibi Meksika ordusunun keçmiş elit əsgərlərindən ibarət “Los Zetas” kriminal təşkilatı sayılır.

İki kartel arasında gedən mücadilədə yüzlərlə insan qətlə yetirilib.

Tarix
2020.02.21 / 23:58
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla