Yuxarı

ABŞ İŞİD liderlərini məhv etdi, Bağdadi öldürüldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ İŞİD liderlərini məhv etdi, Bağdadi öldürüldü

Bu gün səhər saatlarında beynəlxalq koalisiyanın təyyarələri İraqın Suriya ilə sərhəd əl-Kaim rayonunda "İslam Dövləti"inin (İŞİD) 5 obyektinə hava zərbəsi endirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, operativ məlumatlara görə, hava zərbələri zamanı İŞİD-in liderləri öldürülüb.

Onların arasında İŞİD-in lideri Əbubəkr Bağdadinin də olması istisna edilmir. "Röyters" agentliyinin verdiyi məlumata görə, toplam olaraq 17 İŞİD döyüşçüsü həlak olub.

"Al-Arabiya" telekanalının məlumatına görə, aviazərbələr nəticəsində İŞİD liderlərindən Əbu Müslüm Türkmani, Əbu Müslüm Çeçeni, Əbu Ubeydə əl-Azaui və Tamer Muhamməd məhv edilib. "NEWSru Israel" İsrail kəşfiyyatındakı mənbələrə əsasən xəbər verir ki, bombardman zamanı İŞİD lideri "xəlifə" Əbubəkr Bağdadinin də həmin obyektlərdən birində olub. Lakin onun ölüb-ölmədiyini dəqiqləşdirmək hələ mümkün olmayıb.

Qeyd edək ki, İŞİD liderinin ölməsi barədə məlumat dəfələrlə yayılıb. Lakin bu məlumatlar yalan çıxıb. ABŞ Əbubəkr Bağdadinin tutulması üçün 10 milyon dollar mükafat təyin edib.

Tarix
2015.02.26 / 13:30
Müəllif
Axar.az
Digər xəbərlər

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla