Yuxarı

Ərdoğan səfərlərini təxirə saldı, məktəblər tətilə çıxdı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan səfərlərini təxirə saldı, məktəblər tətilə çıxdı...

20:46

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə koronavirus təhlükəsindən dolayı toplantı keçirilib.

Axar.az xəbər verir ki, 5 saat davam edən toplantıdan sonra Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın qəbul edilən qərarlarla bağlı mediaya açıqlama verib.

Qalın bildirib ki, koronavirus təhlükəsindən dolayı 16 martdan etibarən Türkiyənin təhsil ocaqlarında 1 həftə tətil elan ediləcək.

"Universitetlərdə isə 3 həftə boyunca tətil elan ediləcək. Bu 3 həftəlik tətilin necə koordinasiya ediləcəyinə də Ali Təhsil Qurumu qərar verəcək", - o bildirib.

Qalın jurnalistlərə açıqlamasında 23 martdan sonra da tətilin davam edəcəyini bildirib: “Uşaqlar evdə olacaqlar. İnternet və televiziya vasitəsilə dərslər tədris olunacaq”.

Administrasiya rəsmisi kütləvi idman tədbirlərinin də azarkeşsiz keçiriləcəyini bildirib.

Qalın qəbul edilən qərarlar çərçivəsində Ərdoğanın xarici səfərlərini təxirə saldığını deyib.

"Bundan əlavə, tövsiyəmiz odur ki, fövqəladə vəziyyət olmadıqca vətəndaşlar xaricə səfər etməsinlər".

Tarix
2020.03.12 / 22:38
Müəllif
Axar.az
Digər xəbərlər

Qələbələrin daim olsun, Can Azərbaycan - Çavuşoğlu

Ərdoğan Azərbaycana gəldi

Bakı və İrəvan texniki qruplar yaradır - Yeni reallıq

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı - Video

Azərbaycançılıq vətəndaşlarımızı birləşdirən fəlsəfədir

Sabahın hava proqnozu açıqlandı

Ermənistan o qədər azğınlaşmışdı ki... - Əliyev

Xankəndidə Zəfər Muzeyi olacaq - Prezident

Sərvətlərimiz talandı, məscidlər təhqir olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla