Yuxarı

Uhandan gündəmi silkələyən xəbər: İki aylıq fasilədən sonra...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni növ koronavirusun (COVID-19) yayılmağa başladığı Çinin Uhan şəhərindən Avropaya yük qatarlarının hərəkəti təxminən iki aylıq fasilədən sonra bərpa olunub.

Axar.az xəbər verir ki, martın 28-də “China Railway Express” şirkətinə məxsus qatar Uhan stansiyasından Almaniya istiqamətində yola düşüb. Qatarın 15 günə Duysburq şəhərinə çatması gözlənilir. Əlli konteynerdən ibarət qatarın yükünün təxminən 90 faizi Uhandakı müəssisələrin istehsalı olan məhsullardır. Buraya pandemiya ilə mübarizədə istifadə olunacaq 166 ton tibbi ləvazimat, avtomobil ehtiyat hissələri və aksessuarları, elektronika malları, fiberoptik kabel, habelə tikinti materialları daxildir. Mallar Duysburqdan Almaniyanın müxtəlif şəhərləri ilə yanaşı, Fransa, Macarıstan, Çexiya və Polşaya da göndəriləcək. İlkin mərhələdə Avropaya həftədə 2-3 qatarın yola salınması planlaşdırılıb. Aprel ayında isə qatarların hərəkəti tam bərpa olunacaq.

Uhanda koronavirusun sürətlə yayılmağa başladığı dövrdən fəaliyyəti dayandırılmış metronun və şəhərlərarası qatarların hərəkəti də martın 28-də bərpa olunub. Sian şəhərindən gələn sərnişin qatarı Uhanın Uçanq vağzalında qəbul olunub. Bu, iki aylıq fasilədən sonra Uhana Çinin digər şəhərlərindən gələn ilk qatar olub. Vağzalı tərk etməzdən əvvəl bütün sərnişinlərin tibbi müayinəsi aparılıb.

Şəhərdə əsas altı metro xətti üzrə qatarların da hərəkəti bərpa olunub.

Tarix
2020.03.28 / 22:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla