Yuxarı

Trampın nefti bahalaşdırma ssenarisi – Ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın nefti bahalaşdırma ssenarisi – Ekspert

Trampın xarici neft üçün əlavə rüsum tətbiqi neqativ ssenaridir.

Axar.az xəbər verir ki, bunu “Vzqlyad”a açıqlamasında rusiyalı iqtisadçı İqor Yuşkov deyib.

“Tramp belə çıxışlarını opponentlərinə təzyiq üçün istifadə edir. O, hər kəsə neft ixtisarı barədə razılaşmağı təklif edir ki, qiymətlər artsın. Bu, ABŞ-ın slans neft layihələri üçün vacibdir. 20-25 dollar qiymətlə slans layihəsi rentabelli deyil. ABŞ-ın neft-qaz sənayesində 10 milyondan çox adam işləyir. Seçki öncəsi Tramp işsizlərin sayının həddən artıq artmasını istəmir. Bunun üçün Tramp neft sahəsini xilas etməyə cəhd edir. Qiymətlərin artması üçün təklif artıqlığı da ortadan qalxmalıdır. Variantlardan biri də rüsum tətbiqi və bunun sayəsində ABŞ bazarını xarici neftdən təcrid etmək istəyidir. Bu zaman slans neft istehsalçıları yalnız daxili bazar üçün çalışacaqlar. Bu, ABŞ üçün ağrısız variantdır. Çünki ABŞ öz hasilatını azaltmadan “OPEK+”a daxil olacaq. Rusiya üçün Amerika bazarının bağlanması Moskvanın yeni bazar axtarması anlamına gələcək. Əgər ABŞ bazarı bağlansa, o zaman digər bütün anbarlar dolub daşacaq. Bu, neft bazarı oyunçularının istehsal həcmini azaltması məcburiyyətində qalması anlamına gələcək. Qiymət daha da aşağı düşəcək. Bu, ən neqativ variantdır”, – deyə o bildirib.

Tarix
2020.04.06 / 14:11
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...

İranlı professor: Azərbaycanı hədələmək əvəzinə...

Şirvan Kərimovun səlahiyyətlərinə xitam verildi

Hacıyev “Türkiyə”yə danışdı: İran böhranı ilə bağlı baxışımız...

Bakıdan imtina edən Talebə Kırıkovalıdan cavab

Ordumuzla üzbəüz mövqedə nələr var? - Erməni hərbçi

Rusiya azərbaycanlı diasporun obyektini məhv etdi - Foto

İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla