Yuxarı

Özəl bağçalar hansı qaydada maliyyələşəcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özəl bağçalar hansı qaydada maliyyələşəcək?

Özəl bağçaların maliyyələşməsi aylıq əsasda həyata keçiriləcək.

Axar.az xəbər verir ki, bunu MÜTDA-nın direktor müavini Vəfa Yaqublu jurnalistlərə açıqlamasında bildirib.

“Məktəbəqədər təhsil icbari deyil. Valideynlər bəzən uşaqlarını iki-üç ay bağçaya göndərib daha sonra çıxarırlar. Ona görə də bir illik vəsait əvvəlcədən ayrılmayacaq. Uşaqların davamiyyəti monitorinq olunacaq və dövlət öz üzərinə düşən payı hər ay ödəyəcək. Necə ki, valideyn hər ay təhsil haqqını ödəyir, dövlət də aylıq maliyyələşdirmə aparacaq. Müqavilə 10 aylıq olacaq. Adətən yay aylarında valideynlər məzuniyyətə çıxdıqları və hava şəraiti ilə əlaqədar uşaqları bağçalara daha az göndərdikləri üçün bu müddət nəzərə alınıb”.

O deyib ki, hər bağçanın müəyyən tutumu var və bu məlumat məktəbəqədər təhsil informasiya sistemində qeyd olunur:

“Həmin yerlərin bir hissəsi artıq tam ödəniş edən valideynlərin uşaqları üçün nəzərdə tutulub, digər hissəsi isə yeni qəbul olunan uşaqlara ayrılacaq. Əgər hər hansı valideyn uşağını bir bağçadan çıxarıb başqa bağçaya keçirərsə, həmin yer boşalacaq və növbədə olan digər namizəd həmin yerdən yararlana biləcək. Təhsil müəssisəsi təhsil haqqını müqavilədə müəyyən edir. Əgər sonradan qiyməti artırırsa, valideynlə yeni müqavilə bağlanmalıdır. Valideyn bilir ki, Bakı şəhərində dövlət tərəfindən ayrılan maksimum məbləğ 300 manatdır və qalan hissəni özü ödəməlidir. Əgər buna razıdırsa, müqavilə qüvvədə qalacaq, razı deyilsə, müqavilədən imtina edə bilər”.

Tarix
2026.08.05 / 11:55
Müəllif
Axar.az
Digər xəbərlər

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla